TERRORÇULAR NİKOTİNLƏ SİLAHLANA BİLƏRLƏR
Terrorçular siqaretdən alınmış nikotindən silah kimi istifadə edə bilərlər. Bu barədə ABŞ-ın hüquq-mühafizə orqanları üçün FTB-nın yaydığı bülletendə deyilir.
FTB-nın məlumatına görə, nikotindən silah kimi istifadə olunması Əfqanıstanda ələ keçirilmiş terrorçuların təlimatlarında öz əksini tapmışdır. Həmin təlimatlarda kartofdan alınan solanin maddəsindən suyu və qidanı zəhərləmək üçün istifadə oluna bilər. Nikotin isə insanların dərilərində qıcıqlanma yaradır.
Bu barədə hələlik konkret faktlar yoxdur, lakin terrorçularda həmin maddələrin alınması və onlardan istifadə edilməsi üzrə təlimatlar vardır.