ELM VƏ TƏHSİL
Tibb kollecində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunmuşdur
Bakı, 27 dekabr (AZƏRTAC). Dekabrın 26-da 2 nömrəli Bakı Baza Tibb Kollecində bu təhsil müəssisəsinin dəstəyi, A.M.Şərifzadə adına mədəniyyət mərkəzinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru Zivər Əhmədova Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram edilməsi tarixindən bəhs edərək, bu əlamətdar günün qeyd olunmasında xalqımızın müdrik oğlu, ulu öndər Heydər Əliyevin tarixi rolunu vurğulamışdır.
Z.Əhmədova ümummilli liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışmış, dahi rəhbərimizin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Ölkəmizdə qazanılan nailiyyətlərdən bəhs edən natiq əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.
Mərkəzin nəzdindəki poeziya dərnəyinin üzvləri dostluq, həmrəylik, vətənpərvərlik mövzusunda şeirlər söyləmiş, tanınmış şair Yusif Nəğməkar yeni şeirlərini oxumuşdur.
Bədii hissədə “Xudafərin” xalq instrumental və “Arzu” xalq çalğı alətləri ansamblları maraqlı konsert proqramı ilə çıxış etmişdir. “Şəms” rəqs qrupunun ifasında Azərbaycan və xarici ölkə xalqlarının rəqsləri alqışlarla qarşılanmışdır.