Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Tokioda “İkinci Qarabağ müharibəsi: Azərbaycan diplomatiyasından regional problemlərədək” mövzusunda təqdimat keçirilib

Tokio, 9 sentyabr, AZƏRTAC

Tokio Xarici Dillər Universitetində “İkinci Qarabağ müharibəsi: Azərbaycan diplomatiyasından regional problemlərədək” mövzusunda onlayn təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda keçmiş Sovet İttifaqı və Qafqaz regionu üzrə tanınmış mütəxəssis, Keyo Universitetinin siyasi idarəetmə fakültəsinin professoru Yoko Hirosenin mühazirəsi dinlənilib.

Tədbirdə müxtəlif universitetlərin mütəxəssisləri, Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı və Azərbaycan-Yaponiya Dostluq Mərkəzini rəhbərliyi iştirak ediblər.

Təqdimatda 1988-ci ilin əvvəllərindən başlayan Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Sovet İttifaqının dağılmasından sonra münaqişənin daha geniş miqyas alması barədə ətraflı məlumat verən professor nəticədə Azərbaycanın ərazilərinin 20 faizinin işğal edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmin ərəfədə Ermənistanda yaşayan təqribən 345 min azərbaycanlı ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalıb. 1994-cü il mayın 12-də atəşkəs barədə razılıq əldə edildikdən sonra ermənilər həmin ərazidə heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmayan qondarma respublika yaradıldığını elan ediblər. Ötən dövrdə ermənilər tərəfindən aparılan etnik təmizləmədən sonra ərazidə yaşayan bütün azərbaycanlılar doğma yurdlarından didərgin düşüblər. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazidən çıxarılması barədə dörd qətnaməsinə və ATƏT-in Minsk qrupunun cəhdlərinə baxmayaraq, münaqişə dondurulmuş şəkildə 2020-ci ilin sentyabrınadək davam edib. 2016-cı ilin aprelində Ermənistan ordusunun təxribatlarının qarşısını alan Azərbaycan Ordusu kiçik bir ərazini qaytarmağa nail olub. 2020-ci ilin iyulunda da Ermənistan ordusunun təxribatlarının qarşısı qətiyyətlə alınıb.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsindən bəhs edən Y.Hirose bildirib ki, həmin ərəfədə Azərbaycanın beynəlxalq nüfuzunun artması, Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz edilməsi və xalqın güclü dəstəyi nəticəsində çox qısa zaman kəsiyində şanlı Qələbə qazanıldı. Eyni zamanda, Azərbaycanın uğurlu xarici siyasəti sayəsində beynəlxalq ictimaiyyətin də geniş dəstəyini təmin etdi.

Birinci və İkinci Qarabağ müharibələri arasında müqayisə aparan professor bildirib ki, sonuncu müharibə Azərbaycanın həm müasir silahlardan peşəkarlıqla istifadəsi, həm də operativ informasiya yayımı sayəsində böyük üstünlüyü ilə diqqəti cəlb etdi. Nəticədə düşmənin həm döyüş texnikası, həm də canlı qüvvə sarıdan ağır itkilər verdi və ağır məğlubiyyətə uğradı. Erməni diasporunun yardımı ilə alınan yeni silahlar belə Azərbaycan Ordusunun qəhrəmanlığı qarşısında aciz qaldı. Həmçinin diasporu da informasiya savaşında açıq üstünlük nümayiş etdirdi. Noyabrın 8-də Azərbaycan Ordusunun Şuşanı azad etməsi ilə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Noyabrın 10-da Moskvanın təşəbbüsü ilə üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla müharibə başa çatdı.

Təqdimatda üçtərəfli bəyanatın məzmunu barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, bu sənəd Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsinin birbaşa təsdiqidir. Professor bu Qələbənin Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdığını, beynəlxalq əhəmiyyətli yeni nəqliyyat dəhlizlərinin açılması üçün imkanlar yaratdığını xüsusi qeyd edib. Bildirib ki, Zəngəzur dəhlizinin açılması region ölkələrinə böyük iqtisadi və geosiyasi mənfəət gətirəcək.

Tədbirdə müharibənin post-müharibə dövründə yaşanan proseslər, sülh müqaviləsinin imzalanması istiqamətində keçirilən görüşlər və digər məsələlər barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük layihələr həyata keçirir, erməni qoşunları tərəfindən basdırılmış minaların təmizlənməsi, dağıdılmış şəhər və kəndlərin, eyni zamanda, infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün fasiləsiz işlər görür.

Təqdimatdan sonra iştirakçıların suallarını cavablandıran professor Y.Hirose Ermənistan Respublikasının ərazisinin, o cümlədən paytaxt İrəvan şəhərinin tarixi Azərbaycan torpaqları olduğunu qeyd edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib

Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb

“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans

BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramı üzrə Rəhbər Komitənin iclası keçirilib

Şuşada dini liderlərin görüşü keçirilib, şəhərlə tanışlıq olub YENİLƏNİB-3 VİDEO

Futzal üzrə Yüksək Liqada mövsümə yekun vurulub