TOVUZDA MİLLİ QURTULUŞ GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tovuz rayonunun Əlimərdanlı kənd mədəniyyət evində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Rayon icra hakimiyyəti başçısı aparatının işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ağsaqqallar və ziyalıların iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov məruzə ilə çıxış etmişdir. Ümummilli liderin həyat və fəaliyyətindən danışan natiq qeyd etmişdir ki, hələ 1993-cü ildə Azərbaycan parçalanma və məhvolma təhlükəsi qarşısında qalanda xalqın təkidli tələbi ilə ulu öndər hakimiyyətə qayıtdı. Onun hakimiyyətə qayıdışı Azərbaycanı nəinki parçalanmaqdan xilas etdi, həmçinin müstəqil dövlətimizin möhkəmlənməsində və inkişaf etməsində yeni mərhələnin başlanğıcı oldu.
Müdrik siyasi xadim qısa müddət ərzində vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Bir-birinin ardınca həyata keçirilən layihələr müstəqil dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Beləliklə, qurucusu və memarı Heydər Əliyev olan müstəqil Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Məruzə ətrafında çıxışlarda bildirilmişdir ki, ulu öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi kursu bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti gündən-günə daha da inkişaf edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]