SİYASƏT
“TRT Haber”: Türkiyə Prezidentinin Azərbaycana səfəri hər iki ölkənin strateji inkişaf hədəflərinin reallaşması üçün stimul olacaq
İstanbul, 8 sentyabr (AZƏRTAC). “TRT Haber” kanalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əhəmiyyətindən bəhs edən reportaj yayıb.
Türkiyə dövləti başçısının Azərbaycanda yüksək qonaqpərvərliklə qarşılanması, prezidentlərin mətbuata birgə bəyanatda səsləndirdikləri fikirlər, Rəcəb Tayyib Ərdoğanın ali mükafat - “Heydər Əliyev” ordeni ilə təltif edilməsi kimi məqamlar reportajda ətraflı təhlil olunub.
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə xüsusi önəm verildiyi, onun ictimaiyyət tərəfindən də böyük maraq və sevgi ilə qarşılandığı diqqətə çatdırılıb.
Reportajda vurğulanıb ki, Türkiyə Prezidentinin Azərbaycana səfərinin müəyyən etdiyi istiqamətlər hər iki ölkənin strateji inkişaf hədəflərinin reallaşması üçün əhəmiyyətli stimul olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul