Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKDİLLİ ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ VIII ZİRVƏ GÖRÜŞÜ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 17-də Türkiyənin Antalya şəhərində Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşü açılmışdır.

Xatırladaq ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda və 2001-ci ildə İstanbulda keçirilmişdir.

Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər zirvə görüşünün keçirildiyi “Divan Talya” Konqres Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyevi və Türkmənistanın Türkiyədəki səfiri Nurbeldı Amanbuladovu böyük hörmət və ehtiramla qarşıladı.

Zirvə görüşünü açan Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər türkdilli ölkələrin liderlərini və nümayəndə heyətlərini salamladı, onları dövlət müstəqilliklərinin 15 illiyi münasibətilə təbrik etdi. Prezident Əhməd Necdət Sezər 1992-ci ildəki ilk zirvə görüşündən keçən 14 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin və işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini söylədi, ötən toplantılarda regional və beynəlxalq məsələlər haqqında faydalı fikir mübadiləsi aparıldığını, əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi baxımından böyük irəliləyişlər olduğunu bildirdi.

Türkiyənin dövlət başçısı beynəlxalq terrorizmin, dini radikalizmin, separatizmin, qanunsuz miqrasiyanın, narkotik maddələr qaçaqmalçılığının və digər mütəşəkkil cinayətkarlığın Avrasiya bölgəsinin inkişafı və sabitliyinə təhlükə yaratdığını bildirdi.

Cənubi Qafqazda həqiqi sülhün, tərəqqi və əməkdaşlıq mühiti yaradılmasının yalnız Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllindən asılı olduğunu vurğulayan Prezident Əhməd Necdət Sezər Türkiyənin bu sahədə qardaş Azərbaycanı bundan sonra da qətiyyətlə dəstəkləyəcəyini söylədi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, onun tarixi xidmətlərini xatırladan Prezident Əhməd Necdət Sezər dedi ki, sağlam təməllər üzərində qurulan bu zirvə görüşləri ölkələrimiz arasındakı dostluq və qardaşlığın daha da möhkəmlənməsinə, bölgədə sülhün və əmin-amanlığın təmin olunmasına xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyev nitqində 15 illik müstəqillik dövrünun ilk illərindəki çətinliklərin artıq arxada qaldığını bildirdi, o illərdə qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdi.

Bu zirvə görüşünun bütün sahələrdə əlaqələrin inkişafına xüsusi təkan verəcəyini, eləcə də dünyada və bölgədə sülhün qorunmasına xidmət etdiyini söyləyən dövlətimizin başçısı indiyədək türkdilli ölkələr arasında olan səmərəli əməkdaşlığın yaxşı nəticələr verdiyini bildirdi, TÜRKSOY təşkilatının xalqlarımız arasındakı əlaqələrin genişləndirilməsindəki rolunu, həyata keçirilən iqtisadi layihələrin dünya və bölgə üçün yeni imkanlar açdığını vurğuladı.

Ölkəmizin dinamik inkişafından digər qardaş dövlətlərin də yararlanmasını tövsiyə edən Prezident İlham Əliyev dedi ki, Qazaxıstanın BTC-yə qoşulması bu layihəyə yeni dinamizm vermişdir. BTC, habelə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ölkələrimizin iqtisadi inkisafına, demokratik proseslərin sürətlənməsinə, bölgədə təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərəcəkdir. Axalkalaki-Qars-Tbilisi-Bakı dəmir yolu layihəsi bütün süni maneələrə baxmayaraq reallaşacaq, Türkiyəni Qafqaz və Orta Asiya ölkələri ilə birləşdirəcəkdir.

Prezident İlham Əliyev bölgədə narahatlıq doğuran məsələlərə də

toxundu, Ermənistanın işğalçı siyasətindən və onun acı nəticələrindən danışdı. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyini bir daha açıqlayaraq dedi ki, Azərbaycan məsələnin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları çərçivəsində həllini istəyir. Lakin Ermənistanın beynəlxalq təşkilatların qərarlarına məhəl qoymaması dünyadakı tənzimləmə mexanizmlərinə bizim ümidlərimizi azaldır. İrəvanın Azərbaycanın qədim ərazisi olduğunu da xatırladan Prezident İlham Əliyev dedi ki, əgər indi sərhədlər dəyişdirilərsə, dünyada siyası və coğrafi vəziyyət dəyişər.

Dövlətimizin başçısı Türkiyənin Avropa İttifaqına qəbul olunmasını zamanın tələbi kimi qiymətləndirdi və bu yöndə Azərbaycanın rəsmi Ankaranı daim dəstəkləyəcəyini xüsusi vurğuladı.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev və Türkmənistan nümayəndə heyətinin rəhbəri adından bu ölkənin Ankaradakı səfiri Nurbeldı Amanbuladov çıxış etdilər.

Prezident Nazarbayev türkdilli ölkələrin siyasi, iqtisadi və mədəni əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyini vurğuladı. O, Qazaxıstanın türkdilli dövlətlərlə kosmos sahəsində tədqiqatlar aparmağa hazır olduğunu bildirərək dedi ki, bu il biz ilk peykimizi buraxmışıq, 2008-ci ildə ildə isə ikincisini buraxmağı nəzərdə tuturuq. Bu istiqamətdə birgə fəaliyyət göstərə bilərik.

Prezident Kurmanbek Bakiyev Orta Asiya dövlətlərinin nəqliyyat yollarından kənarda qalmaması üçün nəqliyyat və rabitə sahəsində layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladı. O, çoxtərəfli əməkdaşlığın inkişafı baxımından siyasi dialoqun vacibliyini xatırlatdı və əmin olduğunu bildirdi ki, zirvə görüşündə qəbul ediləcək qərarlar türkdilli ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.

Səfir Nurbeldı Amanbuladov Türkmənistan Prezidentinin zirvə görüşü iştirakçılarına salamlarını çatdırdı, Antalya görüşündə qəbul ediləcək qərarların dost və qardaş ölkələr arasında işbirliyinə töhfə verəcəyini söylədi.

Sonra türkdilli ölkələrin dövlət başçıları birgə xatirə şəkli çəkdirdilər.

Fasilədən sonra Türkiyə Prezidenti Əhməd Necdət Sezərin adından türkdilli ölkələrin dövlət başçılarının şərəfinə nahar verildi. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak edirdi.

X X X

Zirvə görüşü fasilədən sonra işini davam etdirdi.

Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev ikinci iclasda çıxış etdilər.

Prezident İlham Əliyev çıxışında əsas diqqəti bir neçə məsələyə yönəltdi, türkdilli ölkələrin əhatə olunduğu regionda, ümumiyyətlə, daha geniş məkanda mövcud olan çağırışlardan və problemlərdən danışdı, enerji təhlükəsizliyini, terrorizmə, speratizmə qarşı mübarizəni, iqtisadi əməkdaşlığı və digər məsələləri əsas çağırış kimi səciyyələndirdi. Dövlətimizin başçısı dedi ki, türk dünyası həm əhali, həm maddi imkanlar, təbii sərvətlər baxımından, həm də intellektual baxımdan çox böyük potensiala malik ölkələri özündə birləşdirir. Azərbaycanda daxili sabitlik var və bu da əməkdaşlığımıza kömək edir. Azərbaycan Qazaxıstanın gələcəkdə ATƏT-ə sədrlik etməsini də dəstəkləyir.

Prezident İlham Əliyev dini zəmində baş verən münaqişələrin, irqçiliyin, ayrı-seçkiliyin mövcud olduğunu vurğuladı, separatizmə qarşı birgə mübarizənin vacibliyini bildirərək, Azərbaycanın təcavüzkar separatizmə və terrorizmə məruz qalmış ölkə olduğunu bir daha xatırlatdı. Dövlətimizin başçısı dedi ki, türkdilli dövlətlər çoxmillətli ölkələrdir, Azərbaycanda olan dini tolerantlıq başqa dövlətlər üçün də nümunə ola bilər.

Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşü Antalya bəyannaməsinin imzalanması ilə başa çatdı. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev imzaladılar.

Növbəti, IX zirvə görüşünün Bakıda keçirilməsi qərara alındı.

X X X

Zirvə görüşü başa çatdıqdan sonra Antalyanın “Şeraton” mehmanxanasında Türkiyə Prezidenti Əhməd Necdət Sezərin adından dövlət başçılarının şərəfinə rəsmi ziyafət verildi. Azərbaycan Prezidenti İlham Əliyev ziyafətdə iştirak edirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır