İDMAN
Türkiyə Güləş Federasiyasının prezidenti: Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik
![Türkiyə Güləş Federasiyasının prezidenti: Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik](/files/2015/2/1200x630/143419696056964994_1200x630.jpg)
Bakı, 13 iyun, Səxavət Quliyev, Rəşad İsmayılov, AZƏRTAC
Birinci Avropa Oyunlarına 24 güləşçi ilə qatılmışıq. Ümid edirəm ki, tarixdə ilk dəfə təşkil olunan bu möhtəşəm yarışda uğurla çıxış edib xalqımızı sevindirə biləcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Güləş Federasiyasının prezidenti Musa Aydın jurnalistlərə müsahibəsində deyib.
Musa Aydın bildirib ki: “Güləş yarışlarının ilk günündə 4 idmançımız xalça üzərinə çıxıb. Ancaq iki güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq. Güclü heyətlə gəldiyimiz üçün yarışın növbəti günlərində qızıl medallara iddialıyıq. Gələn il Braziliyada təşkil olunacaq Olimpiya Oyunları öncəsi “Bakı-2015”-in əhəmiyyəti çox böyükdür. Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olunub.
Güləş yarışlarında ilk medalları qazanmaq imkanlarının olduğunu vurğulayan Musa Aydın deyib ki, bu, bizim üçün çox vacibdir. Ümid edirəm ki, bu gün Türkiyə bayrağı Bakının ən gözəl arenalarından olan Heydər Əliyev adına İdman Sarayında dalğalanacaq.