TÜRKİYƏ VƏ MACARISTAN NABUKKO LAYİHƏSİNİN GERÇƏKLƏŞDİRİLMƏSİNİ SÜRƏTLƏNDİRMƏK ƏZMİNDƏDİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər aprelin 8-də Macarıstana səfərinin yekunlarını şərh edərkən söyləmişdir.
Hilmi Gülər bildirmişdir ki, onun Macarıstanın dövlət başçısı, habelə hökumət nümayəndələri ilə görüşləri zamanı, əsasən, Nabukko layihəsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. İki ölkə həmin layihənin tezliklə həyata keçirilməsinə dair qətiyyətli mövqelərini bir daha təsdiq etmişdir. İlkin mərhələdə Azərbaycan təbii qazını Avropaya nəql edəcək boru kəməri gələcəkdə Türkmənistan, Misir və Suriyadan mavi yanacağın nəqlinə imkan verəcəkdir.
Hilmi Gülər onu da əlavə etmişdir ki, energetika məsələləri üzrə Türkiyə-Macarıstan işçi qrupunun Budapeştdə keçirilən 8-ci iclasında da iki ölkənin ekspertlərinin Nabukko layihəsinin həyata keçirilməsi istiqamətində gördükləri işlər və layihənin perspektivləri müzakirə olunmuşdur. Səfər çərçivəsində anlaşma Memorandumu da imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]