Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin üç mübarizə istiqaməti: daxili və xarici siyasətin kəsişməsində

Türkiyənin üç mübarizə istiqaməti: daxili və xarici siyasətin kəsişməsində

Bakı, 15 mart, AZƏRTAC

“Newtimes.az” portalında “Türkiyənin üç mübarizə istiqaməti: daxili və xarici siyasətin kəsişməsində” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Türkiyədə mart ayının 31-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı olaraq daxili siyasi proseslərin inkişaf dinamikası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Siyasi qüvvələr təbliğatlarını gücləndiriblər. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdən olan Milliyyətçi Hərəkat Partiyası (MHP) “Cümhur ittifaqı”nı yaradıblar. Cümhuriyyət Xalq Partiyası (CHP) başda olmaqla, bir neçə partiya “Millət ittifaqı” formalaşdırıblar. Türkiyə siyasi dairələrində sonunculara obrazlı olaraq “zillət ittifaqı” da deyilir. Hər bir halda, iki qüvvə arasında mübarizə getdikcə daha da kəskinləşir. Bunun fonunda Türkiyə-ABŞ və Türkiyə-Rusiya münasibətlərinin yenidən aktuallaşması maraq doğurur. Əlavə olaraq, Türkiyə terrorla mübarizəsini bütün gücü ilə davam etdirir. Vurğulanan məqamlar bir yerdə Türkiyənin regional əhəmiyyətini artırmaqla yanaşı, qarşıda həll olunmalı məsələlərin mövcudluğunu da göstərir. Həmin məqamların geosiyasi analizi üzərində dayanmaq ehtiyacını duyuruq.

Dəyişən situasiya: Ankara üçün həyati məsələlər

Türkiyədə bələdiyyə seçkiləri yaxınlaşdıqca, daxildə siyasi proseslər intensivləşir. Eyni zamanda, Türkiyə ətrafında geosiyasi dinamikanın yeniləşdiyi hiss olunur. Ekspertlər bu iki tendensiya nəticəsində Ankaranın nə kimi vəziyyətlə üzləşə biləcəyi ilə bağlı fikirlər söyləyirlər. Doğrudan da, qardaş ölkə üçün mürəkkəb bir durum yaranıb. Faktiki olaraq, Türkiyə üç cəbhədə tarixi mücadilə verir.

Birinci mübarizə cəbhəsi uzun illərdir ki, Qərblə çox yaxın siyasi, iqtisadi və hərbi əlaqələrdə olan Türkiyənin indi bu kursun nöqsanlı olduğunu anlaması ilə bağlıdır. Bununla əlaqəli ABŞ və Avropadan müəyyən təzyiqlər olur. Daha çox Amerika təhdid etməyə çalışır. Avropa İttifaqı ilə də əvvəlki zamanlarda olduğu kimi müzakirələr aparılmır. Hətta Avropa Parlamenti müzakirələrin təxirə salınması haqqında qərar qəbul edib. Ayrıca, Fransa və Almaniya ilə bir sıra geosiyasi problemlər ortaya çıxıb.

Türkiyə üçün ikinci mübarizə cəbhəsi ətraf ölkələrdən terror təhlükəsinin hələ də qalmasıdır. Xüsusilə Suriya və İraqda türklərə qarşı hazırlanmış silahlı qruplar mövcuddur. Onlarla savaş qaçılmazdır. Bunun fonunda regionda yerləşən bir sıra dövlətlərin uzaqmənzilli raketlərə sahib olması narahatlıq yaradır. Mütəxəssislərin qənaətinə görə, bəzi qonşu dövlətlər İstanbulu belə vura biləcək raket silahlarına malikdirlər. Bunu neytrallaşdırmaq üçün Türkiyə terrorla mübarizə ilə raket təhlükəsinə qarşı silahlar əldə etmək istiqamətində səylərini birləşdirməyə məcburdur. Bu isə meydana Rusiya amilini çıxarır ki, geniş mənada götürdükdə, heç də asan məsələ deyil, çünki Türkiyə NATO üzvüdür və indiyə qədər əsasən amerikan silahları alıb. İndi Vaşinqton nə ölkənin hava hücumundan müdafiə edilməsi üçün “Patriot” raket sistemlərini verir, nə raket hazırlamaq texnologiyasını bölüşür, nə də Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini alması ilə barışır. Faktiki olaraq, “strateji müttəfiq” Amerika Türkiyəni havadan müdafiəsiz buraxmağa çalışır.

Türkiyənin üçüncü mübarizə cəbhəsi daxili siyasi mühiti sağlamlaşdırmaqla ölkənin suverenliyini təmin etmək və sürətli inkişafına nail olmaqdan ibarətdir. Bu, əslində, daha önəmli bir istiqamətdir. Çünki Türkiyə dövlət kimi həm idarəetməni təkmilləşdirməlidir, həm də sağlam iqtisadi əsaslarla inkişafını sürətləndirib, dünyada söz sahiblərindən birinə çevrilməlidir. Ekspertlərin proqnozlarına görə, Türkiyə 2023-cü ildə dünyanın 10 ən böyük iqtisadiyyatından biri olmalıdır.

Əslində, bu üç istiqamət bir-biri ilə sıx bağlıdır. Və real olaraq Türkiyənin regionda və dünyada geosiyasi mövqeyini müəyyənləşdirir. Bu səbəbdən hər bir istiqamət aktualdır, onlardan hər hansı birinə ikinci dərəcəli məsələ kimi baxmaq doğru deyil. Bu aspektdən yanaşdıqda, Türkiyə-Qərb dövlətləri münasibətlərinin geosiyasi kontekstdə daha aktual olduğunu deyə bilərik.

Doğrudan da, konkret olaraq, Amerika və Fransa Türkiyənin əleyhinə addımlar atmaqdadırlar. ABŞ rəhbərliyi Ankaranı təhdid edərək Rusiyadan “S-400” müdafiə sistemlərini almamağı tələb edir. Müxtəlif bəhanələr gətirilir. O cümlədən “S-400” sistemlərinin NATO və “F-35” qırıcıları üçün təhlükə törətdiyi iddia edilir. Bu barədə hətta ABŞ-ın yüksək rütbəli zabitləri fikir bildirirlər. Əslində isə mütəxəssislərə görə, bu, əsassız bir bəhanədir. Çünki ABŞ Norveçə artıq “F-35”ləri verib və Rusiya radarları onları rahatca izləyə bilirlər. Əgər ruslardan təhlükə varsa, Türkiyəsiz də onlar “F-35”ləri öyrənə bilərlər. Konkret olaraq, Yaxın Şərq istiqamətində Rusiya Afrikaya qədər hava sahəsinə nüfuz edə bilir. Suriyada onun bir neçə hərbi bazası vardır. Onlardan İsraildə və Yunanıstanda olan “F-35” qırıcılarını izləmək problem deyil. Deməli, Türkiyəyə qarşı bir bəhanə işə salırlar. Məqsəd nədir?

Müstəqillik və suverenlik: geosiyasi savaşın işığında

Məqsəd ABŞ-ın qlobal silahlanma yarışında mövqeyini tədricən Rusiya və Çinə verməsi ilə bağlıdır. Əgər NATO-nun ikinci böyük gücü olan Türkiyə əsas olaraq rus silahları alsa, onda ABŞ-ın bazarı daha da kiçilir. Vaşinqton bununla razılaşmır, lakin Türkiyənin təhlükəsizliyinə də sayğısız yanaşır. Yəni, ancaq onu qane edən şərtlər daxilində Ankaranın müdafiə gücünü artırmasını kobud şəkildə tələb edir. Türkiyə isə buna sərt rədd cavabı verir və bu, həmişə belə olacaq. Amerika Səudiyyə Ərəbistanı kimi ölkələrlə Türkiyəni səhv salıb? Bunu Ankara inamla Vaşinqtona anlatmaqdadır.

Qərbin digər nüfuzlu ölkəsi Fransa isə “erməni soyqırımı” haqqında əsassız qərar qəbul etməklə yanlış mövqe tutub. Emmanuel Makron Türkiyə Prezidentini müzakirələrə çağırır, lakin Türkiyə rəhbərliyi buna getmir. Çünki bu məsələdə müzakirə olunacaq bir məqam yoxdur. Fransanın başlıca problemi Yaxın Şərqdə ABŞ-ı əvəz etməklə bağlıdır. Bu məsələdə onun əsas rəqibi Türkiyədir. Həmin səbəbdən Paris beynəlxalq hüquqa zidd və ədalətsiz qərarlar qəbul edir. Bu isə, heç şübhəsiz, Türkiyə-Aİ münasibətlərinə zərbə vurur.

Bu proseslərin fonunda Türkiyə-Rusiya münasibətləri də aktuallıq kəsb edir. Son dövrlərdə Ankara ilə Moskvanın əməkdaşlığının strateji səviyyəyə yüksəldiyindən bəhs edirlər. Həqiqətən, iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir. Rusiya Türkiyə ilə iqtisadi-ticari sferadan başqa, hərbi-müdafiə sahəsində də əməkdaşlığı inkişaf etdirir. İki böyük dövlət arasında çox sayda müqavilə imzalanıb. Onların daha da artması gözlənilir. Suriyada Ankara-Moskva əməkdaşlığının verdiyi bəhrələr də göz qabağındadır. Ekspertlərin rəyinə görə, əməkdaşlıq daha da inkişaf edəcək. Hərbi sahədə də yeni addımlar atıla bilər. Yaxın zamanlarda iki ölkənin rəhbərləri yüksək səviyyəli strateji tərəfdaşlıq məsələsini növbəti dəfə müzakirə edəcəklər və sənədlərin imzalanması gözlənilir. Deməli, Türkiyə artıq tam müstəqil siyasət yeridir və öz milli maraqlarına uyğun addımlar atır.

Bunların fonunda Türkiyənin terrorla mübarizəni daha da gücləndirəcəyi qənaəti yaranır. Prezident Rəcəb Tayyib Ərdoğan son çıxışlarının birində bir daha bəyan edib ki, Suriyanın şimalı terrorçulardan tamamilə təmizlənəcək və burada Türkiyənin maraqlarına uyğun təhlükəsizlik zolağı yaradılacaq. Bunun üçün Ankara hərbi əməliyyatlar keçirməyə hazırdır. Ölkə rəhbərliyi uyğun zamanı gözləyir. Ölkə daxilində isə terrorçuların demək olar ki, bütün qaynaqları qurudulub. Onlar artıq hansısa aksiya həyata keçirə bilmirlər. Üstəlik, türk ordusu ölkə xaricində terrorçularla mübarizə aparır. PKK və FETÖ çökdürülür. Konkret ifadə etsək, Türkiyə terrorla mübarizədə uğurlar əldə edir və bu, onun beynəlxalq nüfuzunu daha da artırır.

Yuxarıda vurğuladığımız məqamların işığında Türkiyənin daxili inkişafının nə dərəcədə önəmli olduğu aydın görünür. Bu baxımdan qarşıda duran seçki də strateji əhəmiyyət kəsb edir. Hazırda siyasi qüvvələr arasında gərgin mübarizə gedir. Bu mübarizənin nəticəsindən asılı olaraq Türkiyə ya müstəqil və milli inkişaf xəttini davam etdirəcək, ya da öncəki mərhələlərdə olduğu kimi Qərbin təsiri altında mövcud olmağa çalışacaq. Bunlardan hansı xəttin qalib gəlməsindən asılı olaraq, Türkiyə apardığı mübarizə istiqamətlərində mövqeyini konkretləşdirəcək.

Əlbəttə, Türkiyədə milli inkişaf tərəfdarlarının qalib gəlməsi daha uyğundur və hətta bundan başqa yol yoxdur. Türk dövlətləri üçün də bu variant sərfəlidir. Türkiyə nə qədər güclü olsa, digər türk dövlətləri də bir o qədər güclü olar. Eynilə Azərbaycanın uğuru Türkiyənin uğuru olduğu kimi, Türkiyənin də uğuru Azərbaycanın uğurudur.

Müstəqil və suveren dövlət olub, regionda və dünyada sülh uğrunda daha səmərəli mübarizə aparmaq Bakı və Ankaranın ortaq maraqlarıdır. Bu dövlətlər kimsəyə zərər verməz. Əksinə, ədalətsizliyə və haqsızlığa qarşı mübarizə apararlar. Bu baxımdan Türkiyənin daha da güclənməsi və müstəqil siyasət yeritməsi bütün regionun xeyrinədir, əməkdaşlığa daha geniş imkanların yaranması deməkdir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib