Azərbaycan Dövlət İnformasiya Agentliyi

Udmurtiya Respublikasının rəhbərinə BAMF-ın ali mükafatı təqdim olunub

Bakı, 24 mart, AZƏRTAC

Azərbaycandan olan geniş nümayəndə heyəti Rusiya Federasiyasının Udmurtiya Respublikasında səfərdə olub. Novruz bayramı günlərinə təsadüf edən səfər Beynəlxalq Avrasiya Mətbuat Fondu , Udmurtiyadakı “Dostluq” Azərbaycan İctimai Mərkəzi və Udmurtiyanın Milli Siyasət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Nümayəndə heyətinə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatı Sahib Alıyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirli, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Quliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev, Azərbaycanın tanınmış hüquqşünası, Beynəlxalq Mühəndislər Akademiyasının doktoru Şirxan Adıgözəlov, iş adamı Rafiq Qarayev daxil olub.

Nümayəndə heyəti əvvəlcə Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyovla görüşüb. Aleksandr Salavyov bildirib ki, Azərbaycan-Rusiyanın münasibətlərinin bugünkü dinamik inkişafı bütün sahələrdə yaxşı nəticələrin əldə olunmasına şərait yaradır. Əməkdaşlığımız dostluq, mehriban qonşuluq, qarşılıqlı marağa, hörmətə, etimada söykənən, proqnozlaşdırıla bilən və sabit münasibətlərin əsasıdır.

Udmurtiya Respublikasının Rusiya Federasiyasının aparıcı subyektlərindən biri olduğunu xatırladan A.Salavyov məlumat verib ki, hazırda Udmurtiya Rusiyanın neft-qaz çıxarma və müdafiə sənayesi məhsullarının istehsalına görə əsas mərkəzlərindən biri sayılır. Əhalisinin sayı 1,5 milyon olan Udmurtiyada ümumilikdə 130 etnik qrupu təmsil edən müxtəlif millətlərə mənsub vətəndaşlar sülh və sabitlik şəraitində yaşayır. Buradakı Azərbaycan diasporunun ölkənin ictimai həyatında rolunu yüksək qiymətləndirən A.Salavyov diasporun iqtisadi imkanlarının artmasında maraqlı olduğunu bildirib və Azərbaycanın biznes təmsilçilərini də Udmurtiyaya investisiya qoymağa dəvət edib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Azərbaycanın Rusiyanın köhnə və etibarlı tərəfdaşı olduğunu söyləyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan ilə Rusiya arasında yeni əməkdaşlıq mühiti yaranıb. Məhz ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin səyləri və uzaqgörən siyasəti ilə hər iki ölkə Qafqaz, Xəzər regionlarında, MDB çərçivəsində, aparıcı beynəlxalq strukturlarda sıx qarşılıqlı fəaliyyət göstərməyə başlayıblar. Bu əməkdaşlığın əsası ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq, qarşılıqlı hörmət ənənələridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə də hazırda siyasi sahədə əlaqələrimiz möhkəmlənir, hər iki ölkə beynəlxalq təşkilatlarda dostlar, tərəfdaşlar kimi əməkdaşlıq edir, qarşılıqlı dəstək siyasətinə sadiqlik göstərir.

Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu böyükdür. Bu baxımdan Rusiyanın münaqişənin həll prosesinə dəstəyi bütünlükdə regionun siyasi, iqtisadi, təhlükəsizlik sahələrində problemlərinin həllinə təkan vermiş olar.

Deputat Sahib Alıyev bildirin ki, hər iki xalq ümumi tarixə malikdir. Bu coğrafiyada uzun illərdir qonşu olan ruslar və azərbaycanlılar həmişə sülh, əməkdaşlıq, əmin-amanlıq şəraitində yaşamağa can atıblar. Ölkələrimiz arasında iqtisadi əlaqələr gündən-günə inkişaf edir, ticarət dövriyyəsi artır. Təkcə Rusiyaya Azərbaycan 1 milyard dollardan artıq investisiya qoyub. Bu isə iki ölkə arasında mövcud etimad və etibarın bariz nümunəsidir.

Elman Nəsirli də diqqəti əsasən iqtisadi əlaqələrin səviyyəsinə yönəldib və Azərbaycanın məhsul ixrac etdiyi ölkələr sırasında Rusiyanın ilk sırada durduğunu vurğulayıb. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ümumi daxili məhsulun son 11 ildə 3-4 dəfə artdığını xatırladan E.Nəsirli qarşılıqlı səfərlərin baş tutması ilə daha çox ortaq məxrəclərin tapılacağına əmin olduğunu bildirib.

Udmurtiyanın onun üçün doğma diyar olduğunu deyən Umud Mirzəyev rəhbərlik etdiyi fondun burada 1993-ci ildə ilk xarici nümayəndəliyinin açıldığını bildirib. BAMF-ın MDB məkanında BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvlüyünü qazanan az sayda təşkilatdan biri olduğunu bildirən U.Mirzəyev dünya üzrə bu statusa cəmi 148 təşkilatın yiyələndiyini xatırladıb.

Qeyd edilib ki, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlarI arasında əlaqələr də dinamik inkişaf edir. Moskvada və Rusiyanın digər şəhərlərində çoxlu sayda azərbaycanlı yaşayır ki , onların arasında xeyli həkim, alim, pedaqoq və ölkəmizi geniş şəkildə təbliğ edən digər peşə sahibləri var. Rusiyanın Udmurtiya Muxtar Respublikasında fəaliyyət göstərən “Dostluq” Azərbaycan İctimai Mərkəzi də Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması istiqamətində xüsusi fəaliyyət göstərir. Mərkəzin məqsədi Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, mədəni təşəbbüslərin irəli sürülməsi, Rusiya cəmiyyətinin mədəni həyatına Udmurtiyadakı azərbaycanlıların fəal inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, iki ölkənin əlaqələrinin möhkəmlənməsinə töhfə verilməsi, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqidir. Təşkilat fəaliyyətini hər iki ölkənin milli maraqları əsasında qurub və hər iki ölkənin prioritet hesab elədiyi istiqamətlər üzrə bundan sonra da davamlı olaraq aktiv işlər görmək niyyətindədir.

Azərbaycanın milli bayramı olan Novruzda dostların və yaxın insanların bir-birilərinin evlərini ziyarət etdiyini xatırladan U.Mirzəyev əminliyi bildirib ki, bayram günlərinə təsadüf edən bu əlamətdar səfər də yadda qalan olacaq və Udmurtiya ilə Azərbaycanın müxtəlif regionları arasında əlaqələrin daha da inkişafında özünəməxsus rol oynayacaq.

Sonda Azərbaycan nümayəndə heyəti tərəfindən Udmurtiya Respublikasının rəhbərinə BAMF-ın ali mükafatı təqdim olunub. A.Salavyova Novruzun atributları olan “Səməni” və şirniyyatlar da təqdim edilib.

Nümayəndə heyəti ilə görüşdən məmnun qaldığını bildirən Udmurtiya Respublikasının rəhbəri tezliklə Azərbaycana səfər etməyi arzuladığını söyləyib. O, vətəndaş cəmiyyəti təmsilçilərinin belə bir səfərin baş tutmasında fəal iştirak etməsinin təqdirəlayiq olduğunu bildirib. A.Salavyov səfərdən sonra birgə əməkdaşlığın sahələrini müəyyənləşdirmək və aktiv şəkildə bu prosesə dəstək olmaq üçün Udmurtiyanın bir sıra rəsmi qurumlarına tapşırıqlar verib. O, eyni zamanda, Azərbaycan nümayəndə heyətini Udmurtiyada anadan olan məşhur rus bəstəkarı Pyotr Çaykovskinin yubileyi ilə bağlı İjevskdə baş tutacaq silsilə tədbirlərdə iştiraka dəvət edib.

Azərbaycan nümayəndə heyətinin növbəti görüşü isə Udmurtiya Respublikasının Milli Siyasət Nazirliyində olub. Nazir Larisa Buranova nümayəndə heyətinə məlumat verib ki, Udmurtiya ərazisində yaşayan digər xalqlar kimi azərbaycanlıların da milli özünəməxsusluğunu, adət-ənənələrini, dilini, dinini, mədəniyyətini qoruyub saxlamaq, hüquq və azadlıqlarını müdafiə etmək, sosial təminatını gücləndirmək nazirliyin başlıca vəzifələrindəndir. O, əminliyini vurğulayıb ki, nazirlik bu səfərdən sonra müvafiq istiqamətdə daha da uğurlu fəaliyyət göstərəcək.

Sonra nümayəndə heyətinin iştirakı ilə birgə əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb. Sonda nazir L.Buranova BAMF-ın sədri Umud Mirzəyevə bu xoşməramlı səfərin təşkilindəki roluna görə xüsusi minnətdarlıq diplomu təqdim edib. Eyni zamanda, BAMF-ın adından xanım nazirə və məşhur udmurtiyalı alim Oleq Botkinə fəxri diplomlar təqdim edilib.

Nümayəndə heyəti martın 20-21 baş tutan səfər çərçivəsində Udmurtiyanın Milli muzeyi, Kalaşnikov adına Muzey-sərgi mərkəzi , Müqəddəs Mixaylov kilsəsi və bir sıra başqa tarixi məkanları ilə tanış olublar. Bununla yanaşı, Udmurtiyadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilib, birgə reallaşdırılacaq layihələr müzakirə olunub.

Görüşdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev diaspor nümayəndələrini Rusiya vətəndaşı kimi Azərbaycanı layiqli təmsil etməyə, iki ölkənin münasibətlərinin inkişaf etdirilməsində aktiv rol oynamağa çağırıb.

Səfərin sonunda Novruz bayramı münasibətilə Udmurtiyanın mədəniyyət sarayında xanəndə Qoçaq Əsgərovun başçılıq etdiyi musiqi truppasının iştirakı ilə böyük qala konsert keçirilib. Konsertə Udmurtiyanın ictimai xadimləri, hökumət təmsilçiləri ilə yanaşı, Azərbaycanda da kifayət qədər tanınan, Bakıda keçirilən “Eurovision” yarışmasında Rusiyanı təmsil edən “Бура́новские ба́бушки” qrupunun üzvləri də iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu Orta Dəhlizin artan strateji rolunu önə çıxarıb

Futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib