İDMAN
Uesli So Maqnus Karlseni məğlub edərək “Skilling Open” superturnirinin qalibi olub
Bakı, 1 dekabr, AZƏRTAC
“Skilling Open” onlayn şahmat superturnirinin qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, finalda norveçli dünya çempionu Maqnus Karlsen və amerikalı Uesli So üz-üzə gəliblər. Bu mərhələdə birinci və ikinci matçlar heç-heçə başa çatdığından şahmatçılar tay-brekdə qarşılaşıblar. Həlledici mərhələdə N.Karlseni 1,5:0,5 hesabla məğlub edən U.So turnirin qalibi olub. İdmançı qalib olmaqla, həm də turnirin baş mükafatını - 30 min dolları qazanıb.
Yarışa qatılan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov dörddəbir finalda çıxışını dayandırıb.
Turnir “Champions Chess Tour” seriyasına aiddir və mükafat fondu 1,5 milyon dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]