UKRAYNA PREZİDENTİ LEONİD KUÇMA PREZİDENT HEYDƏR ƏLİYEVİN DƏFN MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Prezident Leonid Kuçma AZƏRTAC-ın müxbirinə demişdir: “Azərbaycanın əvəzsiz lideri Heydər Əliyev mənim və Ukrayna xalqının yaxın dostu idi. Bizim dostluq münasibətlərimiz onun sayəsində inkişaf edib möhkəmlənmişdir. Heydər Əliyev dahi insan, müdrik şəxsiyyət idi. Əminəm ki, Azərbaycan xalqı Heydər Əliyevin böyüklüyünü hələ bundan sonra daha dərindən dərk edəcəkdir”.
X X X
Sonra Prezident Leonid Kuçma əziz və unudulmaz dostu Prezident Heydər Əliyevlə vidalaşmaq üçün Respublika sarayına gəlmişdir. Ümummilli liderimiz Heydər Əliyevin cənazəsi önünə Ukrayna dövlətinin başçısı adından əklil qoyulmuşdur.
Ukrayna rəhbəri unudulmaz dostu Heydər Əliyevə ehtiram əlaməti olaraq, onun cənazəsi önündə baş əymiş, Azərbaycan Prezidenti İlham Əliyevə və onun ailə üzvlərinə öz adından və Ukrayna xalqı adından dərin hüznlə başsağlığı vermiş, dünya siyasət aləmində xüsusi yeri və rolu olmuş Heydər Əliyevə Allahdan rəhmət diləmişdir.
X X X
Həmin gün Ukrayna dövlətinin başçısı Kiyevə qayıtmışdır.