Ulu Öndərin xatirəsi Rostropoviçlərin ev-muzeyində də yad olunub
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də L. və M.Rostropoviçlərin ev-muzeyində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Şeyla Heydərova çıxış edərək Azərbaycan mədəniyyətinin inkişafında Ulu Öndərin xidmətlərini xüsusi vurğulayıb.
Sonra qonaqlar Ümummilli Liderlə M.Rostropoviçin dostluq əlaqələrindən bəhs edən sərgiyə baxıblar.
Tədbir konsert proqramı ilə davam edib.
Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbin şagirdləri çıxış ediblər.
Tədbirin sonunda qonaqlar “Heydər Əliyev və Mstislav Rostropoviç” adlı filmə baxıblar. Bu sənədli film Heydər Əliyev Fondu tərəfindən 2007-ci ildə muzeyə təqdim olunub.