Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Bakı, 16 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi Ağdaş Regional Mədəniyyət İdarəsi Habil Əliyev adına 1 nömrəli uşaq musiqi məktəbində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə Ümummilli Liderin fəaliyyətindən danışılıb, Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kursun bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyi diqqətə çatdırılıb.
Sonra tədbir Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam edib.