ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ BURAXILIŞ İMTAHANLARININ NƏTİCƏLƏRİ ŞƏRH OLUNMUŞDUR
Xəbər verildiyi kimi, iyunun 6-da respublikamızın 19 şəhər və rayonunun ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanları olmuşdur. AZƏRTAC xəbər verir ki, iyunun 13-də Təhsil Nazirliyində həmin imtahanların nəticələrinə həsr edilmiş mətbuat konfransı keçirilmişdir.
Təhsil naziri Misir Mərdanov çıxış edərək 133 mərkəzdə keçirilən imtahanlarda 52 minədək şagirdin iştirak etdiyini, onların 81 faizindən çoxunun müvəffəq nəticələr əldə etdiklərini bildirmişdir.
Bakının Binəqədi, Səbail, Nəsimi, Nizami, Xətai rayonlarının, Şirvan, Gəncə və digər şəhər və rayon məktəblərində şagirdlərin imtahanlarda fərqləndiklərini qeyd edən nazir testin nəticələrindən razı qaldığını söyləmişdir.
İmtahanların təhsilin keyfiyyətinin yüksəlməsində mühüm rolu olduğunu vurğulayan M.Mərdanov testdə qeyri-müvəffəq qiymət alan və bununla razılaşmaq istəməyən şagirdin ərizə ilə müraciət edərək təkrar imtahan verməsi üçün şərait yaradılacağını bildirmişdir.
Nazir ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirən şagirdlərə yaxın günlərdə attestat veriləcəyini də diqqətə çatdırmışdır.
Sonra suallara cavab verilmişdir.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]