“UNİLEASİNG” QSC-NİN FAİZLİ SƏNƏDSİZ ADLI TƏMİN EDİLMƏMİŞ İSTİQRAZLARININ EMİSSİYA PROSPEKTİ QEYDƏ ALINMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «UniLeasing» Qapalı Səhmdar Cəmiyyətinin ümumi məbləği 1 milyon 800 min manat, hər birinin nominal dəyəri min manat, istiqraz üzrə gəlirliliyi 14 faiz, tədavül müddəti isə 360 gün olan faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydə almışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir. "UniCapital” MMC istiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edir.
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər.
“UniLeasing” QSC-nin istiqrazlarının emissiya prospekti BFB-nin internet saytında yerləşdiriləcəkdir.