USAİD QUBANIN AMSAR KƏNDİNDƏ SU SİSTEMİNİ BƏRPA EDİR
AZƏRTAC xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) “İcma inkişafı fəaliyyəti” Proqramı çərçivəsində Quba rayonunun Amsar kəndində içməli su sisteminin bərpası layihəsini başa çatdırmışdır.
CHF İnternational və ÜMİD HSDM tərəfindən həyata keçirilmiş layihənin icrası ilə amsarlıların içməli su təchizatı, sanitariya şəraiti yaxşılaşmışdır.