ÜST: Türkiyədə baş vermiş zəlzələ Avropada son 100 ilin ən dəhşətli təbii fəlakətidir
Cenevrə, 14 fevral, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu Türkiyə-Suriya həmsərhəd regionunda baş vermiş dəhşətli zəlzələni son 100 ilin Avropada ən dəhşətli təbii fəlakəti kimi dəyərləndirib və beynəlxalq ictimaiyyəti zəlzələdən əziyyət çəkənlərə hərtərəfli yardıma çağırıb.
AZƏRTAC xəbər verir ki, Avropa bürosunun rəhbəri Hans Kluqe bu barədə onlayn mətbuat konfransında danışıb. O bildirib ki, regionda yardıma tələbat olduqca böyükdür və hər ötən saat bu tələbat daha da artır. Hazırda regionda 26 milyon insanın humanitar dəstəyə ehtiyacı var: “İndi vaxt yetişib ki, beynəlxalq ictimaiyyət Türkiyənin illər ərzində dünyanın müxtəlif ölkələrinə göstərdiyi səxavət və dəstəyin cavabını versin. O bildirib ki, Türkiyə dünyanın ən çox qaçqına ev sahibliyi edən ölkəsidir.
UNICEF-in məlumatına görə, zəlzələ yeddi milyon uşağın həyatına təsir göstərib, minlərlə uşaq həlak olub. Türkiyənin zəlzələ baş verən 10 vilayətində ümumilikdə 4,6 milyon uşaq yaşayır, Suriyada isə zəlzələ bölgəsində 2,5 milyon uşaq yaşayır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]