Vergilər Nazirliyində qanvermə aksiyası keçirilir
Bakı, 5 fevral, AZƏRTAC
Vergi orqanlarında talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə könüllü qanvermə aksiyasına başlanılıb.
Vergilər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vergi orqanlarının əməkdaşları artıq 13 ildir ki, ənənəyə çevrilmiş qanvermə aksiyalarında fəal iştirak edir. Qanvermə aksiyasının ilk günündə nazirliyin aparatının struktur bölmələrinin əməkdaşları iştirak edib.
Aksiya nazirliyin yerli strukturlarında fevralın12-dək davam edəcək.