Vətəndaşlar fəaliyyətinə icazə verilən sahələrin xidmətlərindən yararlanmaq üçün “2” kodundan istifadə edəcəklər
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 5-dən etibarən icazə.e-gov.az portalı vasitəsilə 780 minə yaxın vətəndaşa icazə verilib. Bu günədək 8103 SMS icazə sistemi vasitəsilə isə 20 milyon SMS qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev aprelin 25-də keçirilən brifinqdə deyib.
“Gündəlik 1 milyon civarında SMS qəbul edirik. Təxminən 700-800 min insan SMS vasitəsilə icazə alıb öz zəruri işlərini görə bilir. Nazirlər Kabinetinin qərarına əsasən aprelin 27-dən SMS-lə icazə müddəti 2 saatdan 3 saata qədər artırılır. Vətəndaşlar həmin tarixdən etibarən “ASAN xidmət” və fəaliyyətinə icazə verilən digər sahələrin xidmətlərindən yararlanmaq üçün “2” kodundan istifadə edəcəklər”, - deyə agentliyin sədri bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]