VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vaqif Əliyevdən 1347,3 qram marixuana, Mehman Əliyevdən 0,525 qram heroin aşkar edilərək götürmüşlər.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Seyran Tahirovdan 0,531 qram, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini Mahir Sədrəddinovdan 0,281 qram heroin, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Rüstəm Xudiyevdən 20,13 qram marixuana, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri Əlizamin Paşayevdən 1,56 qram, Ərşad Əliyevdən 1,8 qram həşiş aşkar edərək götürmüşlər. DİN Baş Mühafizə İdarəsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Cəsarət Nəsirov 2,37 qram həşişi satarkən tutulmuşdur.
Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mehman Zeynalovdan 0,25 qram heroin götürülmüş, M.Zeynalova və A.Səfərova narkotik vasitəni satmış Zığ qəsəbə sakini Bahadur Bünyatov tutulmuş, ondan 0,224 qram heroin müsadirə edilmişdir.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.