MƏDƏNİYYƏT
Vətənimizin dinamik inkişafı qəlbimizi iftixar hissi ilə doldurur
Gəncə, 23 avqust (AZƏRTAC, Sabir Əliyev). Bu tur-aksiya mənim və neçə-neçə həmyaşıdımın həyatımızın bu yeniyetmə dövründə ölkəmizin gündən-günə inkişaf edən bölgələrini gəzib-dolaşmağımıza imkan yaradıb. Sağ olsun Prezidentimiz. İşlərinin gərginliyinə baxmayaraq daim biz gəncləri düşünür. İstəyir ki, biz vətənpərvər və savadlı böyüyək. Elə bu maarifləndirici tur-aksiyanın keçirilməsi dediklərimə sübutdur.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Gəncədə ekskursiyada olan Masallı şəhər 1 nömrəli orta məktəbin XI sinif şagirdi Ləman Hüseynova AZƏRTAC-a müsahibəsində dedi. Bildirdi ki, indiyədək kollektiv şəkildə heç bir tur-aksiyada iştirak etməmişdik. Bu səyahət bizə gündən-günə çiçəklənən ölkəmizi daha yaxşı tanımaq fürsəti verdi. Vətənimizin dinamik inkişafı hər birimizin qəlbini iftixar hissi ilə doldurur.