“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da görkəmli filoloq, folklorşünas, şair, jurnalist və publisist Tofiq Hüseynzadə (1946-2006) haqqında üç dildə məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, türk və ingilis dillərində yaradılan məqalələrdə Tofiq Hüseynzadənin elmi fəaliyyəti, əsərləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, o, Səfəvilər dövrünün mütəfəkkiri, ulu babası Miskin Abdalın irsini araşdırıb, 2005-ci ildə “Səfəvilərin böyük övliyası Miskin Abdal” kitabını nəşr etdirib.
Tofiq Hüseynzadənin üçcildlik “Xəyal cığırı” kitabında müəllifin böyük və zəngin şeiriyyət dünyası, hekayələri, hikmətli kəlamları verilib. Onun “Miskin Abdal - Qeyb Ərəni, Təsəvvüf Piri” əsəri ulu babası Hüseyn Məhəmməd oğlunun daşıdığı yüksək ilahi-ruhani təsəvvüf məqam və dərəcələrini simvolizə edən “Miskin” və “Abdal” anlayışlarının ədəbiyyatımızda ilk dəfə əsaslandırılmış elmi izahına həsr olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]