İDMAN
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi İsveçrə yığmasına qalib gəlmişdir
Bakı, 15 avqust (AZƏRTAC). Avropa çempionatının final mərhələsinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Faiq Qarayevin yetirmələri hazırlıq çərçivəsində növbəti yoxlama matçını keçirmişlər. Belə ki, komandamız Bakıda təlim-məşq toplanışı keçən İsveçrə millisi ilə qarşılaşmışdır. Voleybolçularımız rəqibə heç bir şans verməyərək 3:1 (25:22, 25:19, 22:25, 25:14) hesabı ilə qalib gəlmişlər.
Qələbənin ardından daha 1 qısa set oynayan yığmamız yenə rəqibini məğlub etmişdir - 15:12.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Voleybol Federasiyasının dəvəti ilə İran və Fransa milliləri də Bakıya gəlmişdi. İsveçrə yığması ilə daha bir neçə matçın keçirilməsi də nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [21:08]
Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
- 27.06.2024 [20:20]
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb
- 27.06.2024 [18:48]
Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb
- 27.06.2024 [17:43]
Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi
- 27.06.2024 [16:23]
“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib
- 27.06.2024 [15:16]