“VTB Bank” ASC-nin prezidenti - idarə heyətinin sədri Andrey Kostindən
Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə “VTB Bank” Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti və kollektivi adından səmimi təbriklərimizi qəbul edin.
Qəti əminliklə bildirirəm ki, Azərbaycanın Prezidenti vəzifəsində qurucu fəaliyyətiniz siyasi və iqtisadi inkişafda sanballı uğurlarla əlamətdar olmuşdur. Bu gün Azərbaycan keyfiyyətli islahatlar və dəyişikliklər, beynəlxalq aləmdə ölkənin nüfuzunun möhkəmlənməsi yolu ilə inamla irəliləyir.
Hörmətli İlham Heydər oğlu, icazə verin, ad gününüz münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğmalarınızın və yaxınlarınızın daimi dəstəyini diləyim.
Hörmətlə,
Andrey Kostin
“VTB Bank” ASC-nin
prezidenti - idarə heyətinin sədri