XALDAN SAKİNLƏRİNİN PROBLEMLƏRİ ÖYRƏNİLİR
Yevlax, 8 mart (AZƏRTAC). Yevlax şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev rayonun Xaldan kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir.
Rayonun hüquq-mühafizə orqanları, səhiyyə, təhsil, mədəniyyət, müəssisələri və digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi qəbulda E.Vəliyev son illər regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi sayəsində respublikamızda, o cümlədən Yevlax rayonunda görülən işlərdən bəhs etmişdir. Rayonun kəndlərində müxtəlif təyinatlı sosial obyektlərin inşası, yeni sutəmizləyici qurğuların quraşdırılması, küçə və yolların təmiri, içməli su, elektrik enerjisi və qaz təminatının yaxşılaşdırılması məsələlərindən danışan natiq bildirmişdir ki, yaxın vaxtlarda rayonun daha 6 kəndinə qaz veriləcəkdir.
Vətəndaşların müraciətləri dinlənildikdən sonra qaldırılmış məsələlərin qısa zamanda həlli üçün əlaqədar təşkilatların təmsilçilərinə tapşırıqlar verilmişdir.
Sonra kənddə 180 yerlik məktəb binasının təməli qoyulmuş, bu münasibətlə qurban kəsilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [14:10]
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
- 17.05.2026 [13:34]
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
- 17.05.2026 [06:36]
Keniya Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib
- 17.05.2026 [05:58]
CICA-nın Baş katibi Azərbaycana səfərə gəlib
- 17.05.2026 [03:30]
Albaniyanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
- 17.05.2026 [01:45]