Azərbaycan Dövlət İnformasiya Agentliyi

XALQIMIZ KONSTİTUSİYAYA TƏKLİF OLUNAN DƏYİŞİKLİKLƏRƏ SƏS VERDİ

2002-ci il avqustun 24-ü müstəqil Azərbaycanın tarixinə növbəti ümumxalq səsverməsi (referendum) günü kimi daxil olacaqdır. Həmin gün ölkəmizin vətəndaşları referendum dairə və məntəqələrinə gələrək, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasına təklif olunan dəyişikliklərə münasibətini bildirmişlər. Vətəndaşların öz iradələrini demokratik şəraitdə, sərbəst ifadə etmələri üçün referenduma hazırlıq dövründə bütün lazımi tədbirlər görülmüşdür. Bunu hələ ümumxalq səsverməsi günündən əvvəl respublikamıza gəlmiş beynəlxalq müşahidəçilər də təsdiq etmişlər. 

Bakı şəhərinin Səbail rayonundakı 17 nömrəli referendum məntəqəsi Tofiq İsmayılov adına Respublika Uşaq və Gənclər Yaradıcılığı Sarayında yerləşir. Məntəqədə səsvermə siyahısına 1072 nəfər daxildir. Hər yerdə olduğu kimi, burada da səhər saat 8-dən səsvermə başlanmışdı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyev saat 12.15-də oğlu İlham Əliyev, gəlini Mehriban xanım və nəvəsi Leyla ilə birlikdə referendum məntəqəsinə gəldi. Sarayın “Cücələrim” ansamblının ən balaca üzvləri dövlətimizin başçısına gül-çiçək dəstələri təqdim etdilər. Bir qədər böyük yaşlı uşaqlar isə gözəl rəqs ifa etdilər.

Azərbaycan Prezidenti məntəqəyə gəlmiş seçiciləri, kütləvi informasiya vasitələrinin nümayəndələrini salamladı. Sonra səsvermə otağına keçərək, məntəqə referendum komissiyasının üzvləri ilə söhbət etdi, səsvermənin gedişi ilə maraqlandı.

Səsvermədə ilk dəfə iştirak edən Leyla Əliyevaya xatirə hədiyyəsi təqdim olundu.

Azərbaycan Prezident Heydər Əliyev referendum bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Bu anı respublikamızın və xarici ölkələrin onlarca mətbuat orqanlarının, televiziya kanallarının təmsilçiləri izləyirdilər.

İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da səs verdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev məntəqədə onu gözləyən çoxsaylı yerli və xarici jurnalistlərin suallarına cavab verdi.

SUAL: Cənab Prezident, lütfən deyin, Sizcə, oğlunuz İlham Əliyev qarşıdakı Prezident seçkilərində namizədliyini irəli sürəcəkmi?

HEYDƏR ƏLİYEV: Siz bu sualı nə üçün verirsiniz? Siz hansı kütləvi informasiya vasitəsini təmsil edirsiniz?

JURNALİST: Mən İngiltərədənəm və Röyter agentliyini təmsil edirəm. Çoxları deyir ki, növbəti Prezident oğlunuz olacaqdır?

HEYDƏR ƏLİYEV: Bunu o barədə danışanlardan soruşun.

SUAL: Siz Prezident seçkilərində iştirak edəcəksinizmi?

CAVAB: Bəli, mən qarşıdakı seçkilərdə iştirak edəcəyəm və bunu açıqlamışam. 2003-cü ildə Prezident seçkilərində iştirak edəcəyəm və ümudvaram ki, məni üçüncü dəfə də seçəcəklər. Əgər oğluma suallarınız varsa, bunu ona ana dilinizdə verə bilərsiniz.

SUAL: Siz Konstitusiyaya bu dəyişiklikləri necə qiymətləndirirsiniz?

CAVAB: Bu, mənim təşəbbüsümdür, bu məsələləri referenduma mən çıxarmışam. Bu o deməkdir ki, mən onları zəruri hesab edirəm. Çünki demokratik dövlətimizin ilk Konstitusiyasını qəbul etdiyimiz vaxtdan 7 il keçmişdir. Bu müddət ərzində dünyada və ölkəmizdə çox şey dəyişibdir. Konstitusiyamız referendumda qəbul olunduğuna görə, - bu da yaxşı haldır, ona parlament vasitəsilə, hər kəsin istədiyi kimi dəyişikliklər etmək olmaz, - dəyişikliklər ancaq ümumxalq səsverməsi, referendum yolu ilə edilə bilər. Ona görə də mən təklif olunan dəyişiklikləri referenduma, ümumxalq səsverməsinə çıxardım. Hesab edirəm ki, xalq səs verəcəkdir.

SUAL: Cənab Prezident, Siz özünüz necə səs verdiniz, bütün bəndlərə “hə” dediniz, yoxsa...

CAVAB: Əlbəttə, “hə” dedim.

SUAL: Alternativ xidmətlə bağlı bəndə də? Naxçıvanda deyirdiniz ki, bu barədə düşünəcəyəm.

CAVAB: Gərək onu mənim yadıma salaydınız. İndi mən “yox” desəydim, onsuz da bir şey çıxmayacaqdı. Amma yadımdadır, sən Naxçıvanda dedin, düşünmək lazımdır. Hələ vaxt var, bu barədə düşünərik.

SUAL: Yəqin ki, qanunvericiliklə tənzimlənəcəkdir.

CAVAB: Baxarıq. Amma yadıma sal, mənim yadımdan çıxır. Daha başqa sualı olan var?

SUAL: Cənab Prezident, referendumun gedişi ilə bağlı yəqin Sizə tez-tez məlumat verirlər. Vəziyyət Sizi qane edirmi?

CAVAB: Mənə elə gəlir ki, çox yaxşıdır. Mən buraya gəlməzdən əvvəl telefon etdim, öyrəndim, indi rəqəmlər haqqında heç bir şey demək istəmirəm. Ancaq fəallıq çox yüksəkdir. Mən evdən buraya gələnə qədər bir neçə məntəqənin yanından keçmişəm. Məntəqələrdə çoxlu adamlar var, məni bir-iki yerdə hətta saxlamaq istədilər. Camaat çox fəaldır.

 

SUAL: Cənab Prezident, Nardaranda əhali referendumda iştirak edir. Amma onların Sizdən xahişi qalır. Onlar Sizinlə görüşmək barədə xahiş ediblər. Amma referenduma gedirlər. Buna münasibətiniz necədir?

CAVAB: Referenduma gedirlərsə, çox gözəl. İndi onlar referenduma getsələr, başqa məsələlərdə öz səhvlərini başa düşsələr... Hər halda, hökumətin onlara münasibəti həmişə yaxşı olubdur və yaxşı da olacaqdır.

SUAL: Cənab Prezident, ümumiyyətlə, yenə də, nə vaxtsa, Konstitusiyaya dəyişikliklər və əlavələr olunacaqmı?

CAVAB: Ay qardaş, elə sual verirsən ki... Yeddi ildə birinci dəfədir ki, Konstitusiyada dəyişiklik edirik, onu da görürsən ki, nə qalmaqalla... Yəni, xalq arasında qalmaqal yoxdur. Ancaq müxalifətdir, heç anlamıram, nə üçün belə şeylərə etiraz edir? Dəyişikliklər üçün yəqin ki, ehtiyac lazımdır. Mən sizə dəfələrlə demişəm. Bu dəyişikliklər elə deyil ki, oturdun, fikirləşdin ki, bunları edək. Bunlar son illərdə yaranmış vəziyyətlə əlaqədar gündəliyə gəlibdir. Ona görə də bu dəyişikliklər edilir.

Əgər gələcəkdə də hansısa bir dəyişikliyə ehtiyac olarsa, təbii ki, ediləcəkdir. Ancaq, yenə də referendum vasitəsilə.

SUAL: Cənab Prezident, Avropa Şurasının nümayəndəsi Andreas Qross buradadır, referendumu izləmək üçün Azərbaycana gəlibdir. O, Azərbaycan haqqında sərt fikirlər bildirir. Rəsmi Bakının buna münasibəti necə olacaqdır?

CAVAB: Nə bilim, mənim bundan heç xəbərim yoxdur.

SUAL: Cənab Prezident, bir çox müxalifət partiyaları referendumda müşahidəçi kimi iştirak etməkdən də imtina etdilər...

HEYDƏR ƏLİYEV: İmtina etdilər? Bəs onlar bir o qədər müşahidəçi vəsiqəsi aldılar.

JURNALİST: Bəziləri iştirak edirlər, amma bəziləri Mərkəzi Seçki Komissiyasının onlara şərait yaratmadığını bəhanə gətirərək, referendumu müşahidə etməkdən boyun qaçırdılar. Siz özünüz necə, Mərkəzi Seçki Komissiyasının fəaliyyətindən razısınızmı?

CAVAB: Necə yəni onlara şərait yaradılmayıb? Onlara 22 min vəsiqə verilibdir. Özü də biz burada qanunu pozduq, onların xahişinə görə pozduq. Çünki hər bir müşahidəçi vəsiqəni gəlib referendum dairəsində almalıdır. Mərkəzi Seçki Komissiyası da xəbər vermişdi ki, müşahidəçilər öz vəsiqələrini gəlib referendum dairələrindən ala bilərlər. Ancaq onlar müşahidəçi vəsiqəsini bir həftə gedib almadılar. Ondan sonra, referenduma 3 gün qalmış hay-küy saldılar. Dedilər ki, məsələn, hansısa partiya 4800 nəfərin siyahısını veribdir. Elə bu siyahı ilə müşahidəçi vəsiqələrini bizə verin. Mərkəzi Seçki Komissiyası tələb etdi ki, heç olmasa, bu adamların ünvanını verin, görək ki, kimlərə müşahidəçi vəsiqəsi təqdim edirik. Yoxsa, filankəs filankəsov, qurtardı getdi? Onlar da bunu etmədilər. Mənə dedilər, mən də məsləhət gördüm ki, məsələni kəskinləşdirməsinlər. Mərkəzi Seçki Komissiyası 22 min vəsiqə veribdir. Bəzi partiyalar 4-5 min vəsiqə alıblar.

Bəs onda bu vəsiqələri nə üçün, nədən ötrü almışdılar? Nə üçün onlar Mərkəzi Seçki Komissiyasından narazı qalırlar? Yəqin düşünürdülər ki, onlara müşahidəçi vəsiqəsi verilməyəcəkdir, hay-küy salacaqlar. Amma onların bütün bəhanələri götürüldü. Bəhanə götürüləndən sonra, indi nə deyim...

X X X

ARDNŞ-in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev də referendum məntəqəsində jurnalistlərin suallarına cavab verdi.

SUAL: Cənab İlham Əliyev, gələn il keçiriləcək Prezident seçkiləri haqqında nə deyə bilərsiniz?

CAVAB: Bu barədə Prezident özü artıq danışdı, elə bilirəm ki, kifayət edər.

SUAL: Referendum haqqında nə fikirdəsiniz?

CAVAB: Məlumdur ki, demokratik islahatlar çərçivəsində ölkəmizin Konstitusiyasına dəyişikliklər edilməsi zərurəti yaranmışdı. Bu zərurət həm də Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı idi. Buna görə də bu barədə müvafiq qərar qəbul olunmuşdur.

SUAL: Kütləvi informasiya vasitələrinin bir sıra nümayəndələri bu referendumun keçirilməsini gələcəkdə Sizin Prezident seçilməyiniz ehtimalı ilə bağlayırlar. Bu, düzgün fikirdimi?

CAVAB: Xeyr, bu, tamamilə yanlış fikirdir. Bunun siz dediyiniz məsələ ilə heç bir əlaqəsi yoxdur.

SUAL: İlham müəllim, sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə start veriləcəkdir. Siz bunu necə qiymətləndirirsiniz?

CAVAB: Mən bunu yüksək qiymətləndirirəm. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin layihəsi hazırdır. Mən çox şadam. Sentyabrın 18-də doğrudan da tarixi bir hadisə baş verəcəkdir. Səkkiz illik əməyimiz artıq öz əyani nəticəsini göstərəcəkdir. Böyük tədbir keçiriləcəkdir. Müxtəlif ölkələrdən qonaqlar gələcəkdir. Yəni, biz bir daha sübut edirik ki, Bakı-Tbilisi-Ceyhan təkcə Azərbaycan üçün yox, bütün dünya üçün vacibdir.

SUAL: İlham müəllim, iki yeni şirkətin Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulması haqqında söhbət gedir. Bunlar hansı şirkətlərdir?

CAVAB: Hələlik bir şey deyə bilmərəm. Ola bilər...

SUAL: İlham müəllim, beynəlxalq maliyyə korporasiyaları bu kəmərin tikintisinə vəsait ayıracaqlarmı?

CAVAB: Əlbəttə ayıracaqlar.

SUAL: Bu yetərli olacaqmı?

CAVAB: Yetərli olacaqdır.

SUAL: Konstitusiyada ediləcək bu dəyişikliklərə Sizin münasibətiniz necədir?

CAVAB: Mən bu dəyişikliklərə tərəfdaram.

SUAL: Alternativ xidmətlə bağlı necə... Sizə elə gəlmirmi ki, bu Azərbaycanın indiki reallığında o qədər də...

CAVAB: Mən cənab Prezidentin verdiyi cavabla razıyam. O nə deyibsə, mən də o fikirdəyəm.

SUAL: İlham müəllim, Andreas Qross referendumu izləməyə gəlibdir. Bununla bağlı nə deyə bilərsiniz?

CAVAB: O, bizə heç bir xəbər göndərməyib, mən bilmirəm.

SUAL: Onun məruzəsi Azərbaycanın ziyanına olarsa...

ÇAVAB: Onsuz da onun məruzəsi Azərbaycanın əleyhinə olacaqdır. Mən dəfələrlə öz mövqeyimi bildirmişəm və bir də təkrar edirəm ki, yumşaq desək, Qross Azərbaycan xalqının dostu deyildir. Ona görə mən ondan obyektiv məruzə, obyektiv münasibət gözləmirəm.

SUAL: Onlar ötən dəfə monitorinqin nəticəsi ilə bağlı Azərbaycana sənəd göndəriblər. Siz bu sənədlə razısınızmı?

CAVAB: Mən hələ ki, o sənədə baxmamışam.

SUAL: İlham müəllim, siz deyirsiniz ki, onsuz da onun məruzəsi obyektiv olmayacaqdır. Bu təqdirdə Azərbaycan nə edəcəkdir?

CAVAB: Biz öz mövqeyimizi müdafiə edəcəyik.

SUAL: Baki-Tbilisi-Ceyhan kəmərinin layihəsi ilə bağlı keçiriləcək tədbirə hansı dövlətlərin başçıları gələcəklər?

CAVAB: Dəvətlər göndərilibdir. Kimin gələcəyini deyə bilmərəm.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun və

Rafiq Bağırovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 96 dollara satılıb

Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm

“Yüksəliş”in İşçi Qrupu Londonda beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir

“Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda Orta Dəhlizin artan strateji rolu vurğulanıb

Bu gün futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb