SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Sentyabrın 3-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev Rusiyanın ATƏT-in Minsk qrupunda yeni təyin olunmuş nümayəndəsi, səfir Yuri Merzlyakovu qəbul etmişdir.
XİN-in mətbuat mərkəzindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, nazir Vilayət Quliyev rusiyalı həmsədrə çətin və mürəkkəb işində uğurlar arzulamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar və bu məsələdə Azərbaycan tərəfinin əsaslandığı prinsiplər barədə məlumat vermiş, həmçinin, rusiya diplomatını maraqlandıran bir sıra sualları cavablandırmışdır.
Yuri Merzlyakov bu vəzifəyə təyin olunana qədər də həmin problemlə ciddi maraqlandığını bildirmişdir. Bakıya indiki səfərinin tanışlıq xarakteri daşıdığını söyləyən diplomat tezliklə Minsk prosesinə fəal qoşulacağını vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [16:56]
MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var
- 02.07.2024 [16:00]