XARİCİ ÖLKƏLƏRDƏ İŞLƏYƏN TÜRKLƏRİN SAYI ARTMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, son iki ildə 142 mindən çox Türkiyə vətəndaşı dünyanın 55 ölkəsində tikinti, iaşə, ticarət və digər sahələrdə işləməyə getmişdir. Xarici ölkələrdə müvəqqəti yaşayış hüququ əldə edənlərin sayı isə 3,7 milyon nəfərə çatmışdır.
Azərbaycanda işləyən türklərin sayında da artım olmuşdur. 2006-cı ildə 629, ötən il isə 632 Türkiyə vətəndaşı işləmək üçün ölkəmizə gəlmişdir.
Türklərin ən çox işlədikləri ölkələr arasında Rusiya birinci yeri tutur. Ötən il 43 mindən çox işçi qüvvəsi məhz bu ölkəyə yönəlmişdir. Sonrakı yerlərdə Qazaxıstan, İraq, Səudiyyə Ərəbistanı gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:52]
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO
- 05.06.2026 [11:50]
® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 05.06.2026 [11:48]
Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT
- 05.06.2026 [11:41]