Xəzər Universitetinin Hüquq Tədris Mərkəzində insan hüquqları üzrə silsilə təlimlər keçirilir
Bakı, 11 fevral (AZƏRTAC). ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan Hüquq Konsorsiumu layihəsi (AHK) çərçivəsində Xəzər Universitetinin humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində (HTM) insan hüquqları üzrə növbəti təlim keçirilmişdir.
Mərkəzin fəaliyyəti, əsasən, cari dərs ilində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi, vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, “Qaçqınlar və məcburi köçkünlərin hüquqi statusu” mövzusunda təlimi AHK layihəsinin rəhbəri Ramil İskəndərli aparmışdır.
Təlimdə Xəzər Universitetinin tələbələri ilə yanaşı, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri də iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]