“XİDMƏT-İŞ” HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI REGİONLARDA SEMİNARLAR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, son iki ay ərzində “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası (HİF) Biləsuvar, Qazax, Mingəçevir və Lənkəranda “Layiqli əmək dövlət proqramında” mövzusunda seminarlar keçirmişdir.
Tədbirlərdə dövlət strukturlarının nümayəndəndələri ilə yanaşı, rayonların həmkarlar ittifaqları təşkilatlarının fəalları və işəgötürənlər də iştirak etmişlər.
Dövlət Əmək Müfəttişliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin nümayəndələri dövlət proqramının mahiyyəti barədə geniş məlumat vermişlər. Onlar işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin layiqli forma almasından və bu münasibətlərin yalnız Azərbaycanın mövcud əmək qanunvericiliyi çərçivəsində, beynəlxalq əmək münasibətləri standartlarına uyğun səviyyədə həyata keçirilməsini tövsiyə etmişlər. Demişlər ki, münasibətlərin bu şəkildə qurulması layiqli iş yerləri, əmək haqqı, təhlükəsiz əmək şəraiti və başqa sosial təminatlara zəmanət verər, işəgötürənlərin işçilərlə ədalətsiz davranmasının qarşısını alar.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının bölgələrdəki nümayəndələri çıxışlarında işəgötürənlərin layiqli əmək şəraiti yaratmaqda çətinlik çəkdiklərini vurğulamışlar. Bu çətinliklərin bəzi məmurların qeyri-formal tələbləri ilə bağlı olduğu bildirilmişdir.
Seminarlarda məlum olmuşdur ki, işəgötürənlərin əksəriyyətinin dövlətin bu mühüm proqramından xəbəri yoxdur.
Tədbirlərdə işəgötürənlərin Əmək Məcəlləsinə əməl etmədiyi, işçi ilə əmək müqaviləsi bağlanmadığı, əmək haqqının gizli şəkildə verildiyi və işçilərin sosial təminatdan məhrum olduğu haqda faktlar səsləndirilmişdir. Biləsuvar rayonundan olan sahibkarlar bildirmişlər ki, guya rayonda əmək kitabçası olmadığından onlar işçilərlə əmək müqaviləsi bağlamırlar. Əslində isə sahibkarlar məşğulluq idarəsində qeydiyyata düşməmiş, hesabatdan yayınmış, nəticədə onların əmək kitabçalarına dair sifarişləri rədd edilmişdir.
Seminarlarda qeyd edilmişdir ki, 2005-ci ildə Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Vahid Tarif Cədvəlinə uyğun olaraq, işçiyə əmək haqqı təyin edilərkən onun ixtisası, vəzifəsi və dərəcəsi nəzərə alınmalıdır. Lakin işəgötürənlərin əksəriyyəti peşə ixtisasından, peşəkarlığından asılı olmayaraq işçilərə əməkhaqqını onun dövlət tərəfindən müəyyənləşdirilmiş minimal həddi səviyyəsində verirlər. Bu cür qanunsuz halların qarşısının alınması üçün işəgötürənlərə təcili tədbirlər görmək tövsiyə olunmuşdur.
Tədbirlərdə natiqlər qeyd etmişlər ki, layiqli əmək şəraiti yaratmaq üçün işəgötürənlərlə işçilər arasında əmək münasibətləri şəffaf və qanuni qaydada qurulmalıdır.
Qazax və Mingəçevir qadınlar şuralarının sədrləri uzun müddət işləmiş qadınların pensiya təminatının yaxşılaşdırılması məsələsinə baxılmasını məqsədəuyğun saymışlar.
İştirakçılar “Xidmət-İş” HİF-in keçirdiyi belə seminarların maarifləndirici əhəmiyyətini yüksək qiymətləndirmiş və onların digər regionlarda da keçirilməsinin vacibliyi qeyd olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]