REGİONLAR
Xırdalanda yanğın zamanı meyit aşkar olunub
Xırdalan, 5 fevral, AZƏRTAC
Abşeron rayonunun Xırdalan şəhərində yaşayış evində yanğın olub.
AZƏRTAC xəbər verir ki, hadisə fevralın 5-də gecə saat 3 radələrində baş verib. Ümumi sahəsi 37 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evin bir otağının və dam örtüyünün yanar konstruksiyaları 15 kvadratmetr sahədə, dəhlizin tavanı isə 5 kvadratmetr sahədə yanıb.
1973-cü il təvəllüdlü Kuzmov Konstantin Viktoroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
K.Kuzmovun meyiti Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə bölmələri tərəfindən yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [19:03]
Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
- 21.05.2024 [16:17]
Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb
- 21.05.2024 [15:28]
Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir
- 21.05.2024 [13:33]