Xırdalanda yeni park salınıb
Xırdalan, 31 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərində yeni park salınıb. Sakinlərin sevimli istirahət məkanına çevrilən park şəhərin mərkəzində 1 nömrəli tam orta məktəb ilə üz-üzə 0,13 hektar ərazidə yaradılıb.
AZƏRTAC xəbər verir ki, rayonun daxili imkanları hesabına salınan parkda tikinti işlərinə bu ilin yanvarında başlanılıb. Əvvəllər baxımsız vəziyyətdə olan ərazidə salınan parkda işlər artıq başa çatdırılıb.
Parkda dekorativ ağac və kollar əkilib, yaşıllıqlar salınıb, səkilərə tamet döşənib, söhbətgahlar yaradılıb. Burada, həmçinin xüsusi işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb.