ELM VƏ TƏHSİL
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ola bilərlər
![Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ola bilərlər](/files/2023/2/1200x630/1685780856121013609_1200x630.jpg)
Bakı, 3 iyun, AZƏRTAC
Orta ixtisas təhsili pilləsinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər qəbul imtahanlarının 1-ci mərhələsində iştirak etmədən yalnız qabiliyyət imtahanı verməklə ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir. Elektron ərizələrin qəbulu iyulun 31-dək internet vasitəsilə aparılır. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaq.