Yaddaş zəifliyini yaradan səbəblər
Bakı, 26 may, AZƏRTAC
Unutqanlıq, yaddaşsızlıq, diqqətin azalması kimi konsentrasiya problemi olan insanlarla tez-tez rastlaşırıq. Problemin səbəbləri isə müxtəlifdir. Stres, depressiya, kompüter və telefondan çox istifadə edilməsi də yaddaş zəifliyi yaradan səbəblərdəndir.
Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Sevinc Salamova AZƏRTAC-a deyib: “Yaddaş beynin ən mühüm funksiyalarından biridir. Yaddaşın zəifləməsi və azalması demensiya adlanır. Yaddaş zəifliyi ən sadə və ən mürəkkəb səbəblərdən yarana bilər. B12 vitaminin çatışmazlığı, tireoid vəzinin funksiyasının pozulması, hər hansı dərman maddəsinin uzun müddət qəbul edilməsi, müxtəlif zərərli vərdişlərin, məsələn, alkoqol qəbulu yaddaş zəifliyinə aparıb çıxaran başlıca səbəblər sayılır”.
Yaddaş zəifliyinin aradan qaldırılması üçün bəzən tez-tez şirin çay içilməsi və şirniyyat qəbulu tövsiyə edilir. Həkim-nevropatoloqun fikrincə, əslində belə qidaların faydası yoxdur: “Daha yaxşı olardı ki, müxtəlif dəniz məhsulları, meyvə-tərəvəzlər, vitamin və Omeqa yağları ilə zəngin olan məhsullar balanslaşdırılmış şəkildə qəbul edilsin. Beynin daha çox çalışmasına da nail olmaq lazımdır. Çox mütaliə etmək, xarici dil öyrənmək yaddaşı möhkəmləndirən amillərdəndir. Fiziki aktivlik və normal yuxu rejimi də yaddaşa müsbət təsir göstərir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]