Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yalan ayaq tutub yeriməsin

Yalan ayaq tutub yeriməsin

Moskva, 30 yanvar, AZƏRTAC

Tənqidçi olmaq indi dəbdədir. Tənqid də lazımdır, tənqid inkişafın təkanverici qüvvəsidir. Ələlxüsus da indi, daha söz demək, fikir bildirmək üçün düşündüklərini kağıza köçürüb zərfə qoymaq, redaksiyaya aparmaq, redaktoru yazdıqlarının əhəmiyyətinə inandırmaq gərək deyil. Kompüterdə bircə düyməni basmaqla milyonlarla insanın təfəkkürünə, ağlına, tərbiyəsinə təsir göstərə biləcək informasiyanı yaya bilirsən. Söz azadlığının, sosial şəbəkələrin, ictimai qınağın əhəmiyyətini danmaq olmaz. Bəzən problemlər elə ictimai qınaq sayəsində üzə çıxıb ünvanına çatdırılır, cəmiyyət olaraq formalaşmağımıza kömək edir. Bəs məsuliyyət? Bax, burada bir az çətinlik yaranır. Bəlkə də bəşəriyyət sözünü belə asanlıqla demək fürsətinin eyforiyasından doyub, nə vaxtsa sözünün arxasında dayanmaq, dediklərinə görə məsuliyyət daşımağın prioritet olduğu mərhələyə də gəlib çıxacaq. Ancaq bu mərhələyə gələnədək nələri itirəcəyik?

Digər xalqlarla işim yoxdur, onların özlərinin “filosofları” yetərincədir. Özümüzdən danışaq. Bu yaxınlarda sosial şəbəkələrdən birində xaricdə yaşayan bir azərbaycanlı həmin ölkədə satıcının öz malını sərbəstcə yol kənarında qoyub getdiyini, alıcıların da malı alıb pulu daxıla atdıqlarını şəbəkənin Azərbaycan seqmentinə danışırdı. Videoya baxanlar da bol-bol o xalqın şərəfinə təriflər yağdırırdı. Baxıcı sayı da saniyəbəsaniyə artırdı. Bu mənzərəni müşahidə edib düşündüm ki, məgər azərbaycanlıların tərifəlayiq, başqa xalqlara örnək olacaq az xüsusiyyəti var? Elə günün istənilən vaxtı bir azərbaycanlının qapısını döyüb bir içim su istəsən, sənin üçün nahar süfrəsi açacaq. Hansı xalqda var bu hörmət, ehtiram, qonaqpərvərlik? Yolda əlini başına aparsan, on nəfər yaxınlaşıb dərdini soruşacaq, köməyini əsirgəməyəcək. Elə ölkəmizin qonağı olmuş bir çox əcnəbilər bütün digər məziyyətlərlə yanaşı, insanlarımızın xeyirxahlığından ağızdolusu bəhs edirlər. Azərbaycan xalqının ailəyə, yaxınlarına bağlılığını, qonaqpərvərliyini, xeyirxahlığını, mərdliyini, ürəyiyumşaqlığını əks etdirən xeyli videosüjetlər də var. Gəl ki, bu videonu sosial şəbəkəyə yerləşdirsən, özündən başqa baxan olmayacaq. Niyə? Çünki tənqid deyil. İndi axı tənqid dəbdədir. Deyərsiniz ki, bunun nəyi pisdir? Qoy biz də baxıb başqalarının yaxşı cəhətlərini öyrənək. Öyrənək, bu, heç də pis deyil, gör-götür dünyasıdır. Ancaq siz o videonun altındakı şərhləri oxumamısınız axı! Yazanların əksəriyyəti gənclər idi, çoxu da öz el-obasını, xalqını pisləyib, “onları” tərifləyirdi. Bəzən belə təəssürat yaranır ki, kiminsə gözəgörünməz əli ilə hansısa fikri kontekstdən çıxarmaqla, baş verən hadisə haqqında məlumatın bir hissəsini deyib, qalanını gizlətməklə Azərbaycanı, azərbaycanlıları gözdən salmaq, ölkəmizin imicinə xələl gətirmək, azərbaycanlıların ürəyindən Azərbaycan sevgisini silmək istəyir.

Bir çox şöhrətlənmək həvəskarları yeniyetmələrin, gənclərin təcrübəsizliyindən istifadə edib, öz səhifələrinə cəlb edirlər, yalan, yarıdoğru, “feyk” xəbərlərlə izləyici sayı yığırlar ki, gələcəkdə səhifələrini yaxşı qiymətə sata, yaxud reklam dərc etməklə pul qazana bilsinlər.

Yalan məlumatları yayanların məqsədi müxtəlifdir: kimisi boş-bekarçılıqdan, kimisi pul xatirinə, kimisi siyasi məqsədlə bu işlə məşğuldur. Əgər real həyatda qanun pozucuları ilə mübarizə üçün konstitusiya, cinayət məcəlləsi varsa, virtual dünyada yeganə meyar vicdandır.

Soruşursunuz burada qorxulu nə var ki, bir-iki yalan-palanla nə dəyişəcək? Qorxulusu odur ki, dama-dama göl olur. Sanki vətəni, xalqı, dəyərləri ilə qürur duymağı dəbdən düşmüş, maraqsız və faydasız bir hiss kimi qəbul edən, yeri gəldi-gəlmədi, məsələdən agah oldu-olmadı alovlu, sərt tənqidi, bəzən isə söyüş dolu şərhləri ilə bəyənmə sayı qazanmağa çalışan sosial şəbəkə şərhçiləri nəsli yetişir. Elə bir məqama gəlib çıxırıq ki, Azərbaycan haqqında müsbət fikir yazanlara barmaqarası baxılır, onlar “troll” adlandırılır.

Bəs bununla necə mübarizə aparmaq olar? Aydındır ki, yalan, böhtan xarakterli məlumatların yayılması problemi təkcə bizdə deyil. Dünyada bu problemlə mübarizə məsələlərini araşdıran xeyli beynəlxalq mərkəz də yaradılıb. İnformasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlər yalan məlumatlar yayan saytları axtarış sistemlərində üzə çıxarmağa çalışırlar. Məsələn, “Facebook” sosial şəbəkəsi istifadəçilərə yalan informasiyanı qeyd etməyə imkan verəcək funksiyanı testdən keçirir. Mark Tsukerberqin komandasının bildirdiyinə görə, bu cür xəbərlərin doğru olub-olmadığını araşdıracaq müstəqil qrup da yaradılacaq. “Facebook”da senzura olmasın deyə elektron poçtda olduğu kimi, “spam” yeşiyi yaratmaq və yalan olduğu ehtimal edilən informasiyaları ora yığmaq da təklif olunur ki, hər kəs yalanı doğrudan seçməyi özü bacarsın.

İnternet virtual dünyadır. Hər cür adama rast gəlmək olur: ziyalı, ağıllı, abırlı, dürüst olanı da var, olmayanı da. Dünya ekspertləri hesab edirlər ki, informasiyanı düzgün qavraya, yalanı doğrudan ayıra bilən internet istifadəçiləri yetişdirmək lazımdır. Təsəvvür edin ki, aparılan sorğularda iştirak edən internet istifadəçilərinin yalnız 50 faizi informasiyanın mənbəyi ilə maraqlandığını bildirib.

Bəşəriyyətin bəlalarından olan şayiə, qeybət, şər-böhtan bu gün yaranmayıb. Əsrlərlə insanlar bu bəlalardan can qurtarmağa çalışıblar. “Yalan ayaq tutar, yeriməz” atalar sözünün əksinə olaraq, internet əsrində yalan daha sürətlə “yeriməyə” başlayıb. Beynəlxalq təşkilatlar, informasiya texnologiyaları qurumları tədqiqatlarını aparanadək, biz də bu işdən geridə qalmayaq. Azərbaycanı, onun vətəndaşlarını, dəyərlərimizi təhqir edənlər, öz mənafeyi naminə yalan, qərəzli məlumatlar yayanları ifşa etməli, hər xəbərin dəqiq, dürüst mənbəyini araşdırmadan fikir bildirməkdən, şərh yazmaqdan çəkinməliyik ki, yalan ayaq tutub yeriməsin.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb