DÜNYA
“Yandex” axtarış sistemi Ümumdünya gülüş gününü xüsusi tərzdə qeyd etməyə qərar vermişdir
Bakı, 1 aprel (AZƏRTAC). “Yandex” axtarış sisteminin istehsalçıları 1 aprel - Ümumdünya gülüş gününü xüsusi tərzdə qeyd etməyə qərar vermişdir.
Belə ki, bu gün sistemin əsas səhifəsində 1-dən 5-ə qədər virtual milçəklər hərəkət edir. İstifadəçilərə milçək öldürən və ya başmaq vasitəsilə onları öldürmək də təklif olunur.
AZƏRTAC pitbit.ru saytına istinadən xəbər verir ki, bu proses həm də mini-oyun formasında reallaşdırılır. İstifadəçinin bütün milçəkləri öldürməyə sərf etdiyi vaxt hesablanır və onlara öz rekord nəticələrini sosial şəbəkələrdə paylaşmaq imkanı verilir.
Qeyd edək ki, gülüş günü dünyada XVI əsrdən qeyd edilməyə başlanılmışdır. Bu bayramda insanlar kütləvi şəkildə müxtəlif oyunlar keçirir, insanlar öz dost-tanışları ilə zarafatlaşırlar. Son vaxtlar müxtəlif əyləncə saytları və kütləvi informasiya vasitələri də 1 aprel gününü fəal şəkildə qeyd edirlər.