YANĞINDAN EHTİYATLI OLUN!
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən verilən məlumata görə, Oğuz rayonunun Zərrab kəndində baş vermiş yanğın nəticəsində Mühübət Hümbətovun birmərtəbəli evi içərisindəki əşyalarla birlikdə yararsız hala düşmüşdür.
Dəvəçinin Zağlı kəndində Meşə Təsərrüfatı və Bərpası İdarəsinə məxsus ağac emalı sexi, Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində Arif Məmmədova məxsus çayxana alova qərq olmuşdur. Hadisələrin qarşısı yanğınsöndürənlər tərəfindən alınmışdır. Yanğınların səbəbləri və dəyən ziyan müəyyənləşdirilir.