SİYASƏT
YAP-ın təşkilatçılığı ilə "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı konfrans keçirilir VİDEO
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" mövzusunda elmi-praktik konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Mərkəzi Aparatının təmsilçiləri, partiyanın İdarə Heyətinin üzvləri, dövlət və hökumət qurumlarının rəhbər işçiləri, YAP-dan olan deputatlar, elm və təhsil müəssisələrinin, həmçinin media nümayəndələri iştirak edirlər.
YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevin moderatorluq etdiyi elmi-praktik konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın yeni reallıqlar şəraitində praqmatik dövlət siyasətini həyata keçirdiyini bildirib. Bu reallıqların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində yarandığını vurğulayıb. Qeyd edib ki, son bir ildə bölgədə hökm sürən hazırkı status-kvonu yaratmaqla bərabər, xalqımıza tarixi ərzində yenidən öz gücünə inamı qaytaran da Prezident, Müzəffər Ali Baş Komandanımızın müdrik dövlətçilik siyasəti və sərkərdəlik istedadı olub.
Konfrans davam edir.