SİYASƏT
YAPONİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA GƏLƏCƏKDİR
Yaponiya parlamenti müşavirlər palatasının sədr müavini Soci Motoakanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 10-da Bakıya gələcəkdir.
Yaponiyanın Bakıdakı səfirliyindən bildirmişlər ki, nümayəndə heyətinin Azərbaycana bu ilk səfərindən məqsəd ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin yaradılması, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişafı üçün hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafına dair ilkin razılaşma sənədinin imzalanacağı gözlənilir.
Yaponiyalı qonaqların səfər zamanı Baş nazir, Milli Məclisin sədri, iqtisadi inkişaf naziri, parlamentin deputatları və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [16:56]
MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var
- 02.07.2024 [16:00]