YAPONİYADA BİR CÜT YEMİŞ REKORD QİYMƏTƏ -24 MİN DOLLARDAN ARTIQ MƏBLƏĞƏ SATILMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 13-də ölkənin ən şimal adası Hokkaydonun inzibati mərkəzi Sapporo şəhərində keçirilmiş hərracda Yaponiyada məşhur olan “Yubari” sortlu iki yemiş rekord qiymətə - 2,5 milyon iyenə (24 min dollardan çox) satılmışdır. Ötənilki rekord 2 milyon iyen təşkil etmişdir.
Yemişləri Hokkaydoda hazır nahar yeməklərinin və suvenirlərin satışı ilə məşğul olan yaponiyalı biznesmen almışdır. O, yemişlərdən reklam məqsədilə istifadə etmək niyyətindədir.
Zərif narıncı rəngli “Yubari” yemişi Yaponiyada və Uzaq Şərqin ona yaxın ölkələrində ləziz bostan məhsulu hesab olunur. Həvəskarlar yemişin qabığındakı qabarıq “tor”un təkrarolunmaz rəsmindən həzz alırlar: onlar "tor"u qədim Çin vazalarına bənzədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]