Yaponiyada xam neftin topdan ticarəti ilə məşğul olan iki şirkət birləşib
Tokio, 1 aprel, AZƏRTAC
Aprelin 1-də Yaponiyada xam neftin topdan ticarəti ilə məşğul olan iki aparıcı şirkət -“Idemitsu Kosan” və “Showa Shell Sekiyu” şirkətləri birləşib.
AZƏRTAC xəbər verir ki, bu, ölkədə həmin sahənin üç əsas qrupun əlində cəmləşməsi deməkdir.
Ümumi satış məbləği 5 trilyon 800 milyard yen (təqribən 52 milyard dollar) təşkil edən yeni şirkət xam neftin topdan ticarəti həcminə görə Yaponiyada “JXTG Holdings” şirkətindən sonra ikinci yerə yüksəlib. Üçüncü yeri isə “Cosmo Energy Holdings” şirkəti tutub.
Yeni birləşmədə “Idemitsu” əsas şirkət olsa da, yeni şirkət hələlik öz yanacaqdoldurma məntəqələrində hər iki brendin adını saxlayacaq. Yeni şirkətin qarşısında duran əsas vəzifə yanacağa tələbatın azaldığı bir vaxtda yeni biznes planlarının hazırlanmasıdır. Belə ki, yapon gəncləri indi avtomobil almağa ya o qədər də can atmırlar, ya da elektromobillərə üstünlük verirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]