Yardımlıda Aprel şəhidi Nurəddin Mirzəyevin xatirəsi ehtiramla anılıb
Yardımlı, 5 aprel, Bağır Əliyev, AZƏRTAC
Yardımlıda 2016-cı ilin aprel ayında Füzuli rayonu ilə təmas xəttində düşmən hücumunun qarşısını alarkən şəhid olmuş rayonun Honuba kənd sakini, Milli Ordunun əsgəri Nurəddin Mirzəyevin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov mərasimdə çıxış edərək Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı Qələbənin xalqımızın mübarizliyinin, Milli Ordumuzun gücünün, qüdrətinin təntənəsi olduğunu bildirib. Şəhidlərin xatirəsinin daim əziz tutulduğunu vurğulayan A.Əsgərov gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində hər bir şəhidin şücaətinin nümunə olduğunu diqqətə çatdırıb.
Mərasim iştirakçıları şəhid Nurəddin Mirzəyevin doğulub boya-başa çatdığı Honuba kəndindəki qəbiristanlıqda məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:43]
Naxçıvan şəhərində 7,7 kilometrlik yolun asfaltlanmasına başlanılıb
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:40]
Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [17:12]