Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub

Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub

Bakı, 18 iyul, AZƏRTAC

Hesablama Palatasının yarım il üzrə fəaliyyətinə dair məlumat

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsaslanmaqla hesabatlılıq və şəffaflığın yüksəldilməsi, beynəlxalq standartlara müvafiq qaydada öz fəaliyyəti ilə bağlı hesabatvermə funksiyalarının icrası, həmçinin maliyyə inzibatçılığı sahəsində beynəlxalq hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin yüksəldilməsi məqsədilə hazırlanıb.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə Hesablama Palatası mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 2018-ci ildə dövlət büdcəsinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin icrasına, həmçinin 2019-cu il üçün dövlət büdcəsində, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsində dəyişikliklərə dair rəylərini hazırlayaraq Milli Məclisə təqdim edib. Eyni zamanda, beynəlxalq təcrübəyə uyğun olaraq Hesablama Palatası 2018-ci il dövlət büdcəsinin icrası ilə bağlı hazırladığı rəy üzrə xülasə tərtib edib.

Hesablama Palatasının 2018-ci ildə fəaliyyətinə dair illik hesabat da hazırlanıb və Milli Məclisin plenar iclasında təqdim edilib. 2019-cu ilin iş planına əsasən, Hesablama Palatasının kollegiyası tərəfindən 5 təhlil və 32 auditin başlanılması ilə bağlı qərar qəbul edilib, ötən il üzrə iş planına uyğun 2018-ci ildə başlanılıb, nəticələri hesabat dövründə yekunlaşmış 1 audit də daxil olmaqla ümumilikdə 12 auditin və 5 təhlilin nəticələrinə baxılıb.

2018-ci ilin iş planına uyğun başa çatdırılmış auditlərin nəticələrinə dair qəbul edilmiş kollegiya qərarlarının icra vəziyyətinə nəzarət məqsədilə seçmə qaydasında monitorinqlər həyata keçirilib və 7 monitorinq üzrə müvafiq kollegiya qərarı qəbul edilib.

Hesabat dövründə nəticələri ilə bağlı müvafiq zəruri addımların atılması məqsədilə 17 quruma auditor hesabatı və 7 mərkəzi icra hakimiyyəti orqanına ümumilikdə 11 məlumat göndərilib, hər tədbirlə bağlı qanunvericiliklə nəzərdə tutulduğu qaydada Milli Məclisə məlumat verilib.

Altı ayda Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi ümumilikdə 1 milyard 13,3 milyon manat təşkil edib.

Hesabat dövründə aparılmış və nəticələri ilə bağlı qərar qəbul olunmuş auditlərin əhatə etdiyi vəsaitin 45,8 faizi dövlət büdcəsinin xərcləri, 16,9 faizi büdcədənkənar dövlət fondlarının vəsaitləri, 37,3 faizi isə digər mənbələrdən ayrılan vəsaitlər üzrə olub. Dövlət büdcəsi üzrə əhatə edilən vəsaitin əhəmiyyətli hissəsi 2018-ci ilin payına düşüb. Həmçinin hesabat dövründə nəzarət tədbirləri dövlət büdcəsinin funksional təsnifatı üzrə 14 bölməsindən 9-nu əhatə edib. Nəzarət fəaliyyəti ilə əhatə olunmuş vəsaitin daha çox hissəsi dövlət büdcəsinin funksional təsnifatı üzrə (25,6 faiz) “Ümumi dövlət xidmətləri” bölməsinı aid olub. Əhatə edilmiş vəsaitin 97,4 faizi dövlət büdcəsinin mərkəzləşdirilmiş, 2,6 faizi isə büdcənin yerli xərcləri üzrə olub.

Bundan başqa, hesabat dövründə həyata keçirilmiş monitorinqlər istisna olmaqla, 2019-cu ilin İş planı üzrə aparılmış nəzarət tədbirlərinin 10-u Bakı şəhərində, 6-sı respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılıb. Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilib və təsnifləşdirilib. Həmin nöqsanlar arasında, hər il olduğu kimi, büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən normative hüquqi aktların tələblərinin pozulması, həmçinin mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanların payı nisbətən yüksək olub. Eyni zamanda, dövlət vəsaiti hesabına dövlət əmlakından istifadə sahəsində də nöqsanlar aşkarlanıb.

Kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən həyata keçirilmiş dövlət satınalmalarında bir mənbədən satınalma metodunun xüsusi çəkisi nisbətən yüksək olub. Eyni zamanda, qurumlar tərəfindən bir sıra hallarda birmənbədən satınalma metodunun tətbiqinin zəruri və ətraflı əsaslandırılmaması, həmçinin müvafiq satınalma prosedurlarının tam aparılmaması satınalmaların qalibinin müəyyənləşdirilməsi prosesində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun dövlət satınalmaları zamanı vəsaitlərin istifadəsində qənaətliliyinin və obyektiv yanaşmanın təmin edilməsi ilə bağlı tələb və prinsipləri ilə uzlaşmayan riskləri formalaşdırıb.

Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı yol verilən pozuntularla bağlı iki, dövlət əmlakından təyinatı üzrə və qanunauyğun istifadə edilməməsi halı üzrə bir nəzarət tədbirinə dair müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Nəticələri ilə bağlı kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə ümumilikdə 6,8 milyon manat, o cümlədən 365,1 min manat büdcədənkənar fondun büdcəsinə bərpa edilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Bakı Dövlət Universiteti “Məzun günü” keçirib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Nazir: İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar

Araz çayında suyun səviyyəsi artıb VİDEO

Emin Əmrullayev: Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

UEFA Regionlar Kuboku: Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək

“Sənət sevgi ilə işlənən zaman daha gözəl olur” FOTO VİDEO

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqının 1295 manata çatması ehtimal olunur

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

® “Unibank” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlərə dəstək olub

Hərbi ekspert: Ukraynada cəbhədə vəziyyət çox ağırdır

MİQ-dən keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43 olub

Emin Əmrullayev: Xarici dil müəllimlərinin 21 faizi sertifikasiya imtahanında keçid balını toplaya bilməyib

Nazir müəllimlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatların bölünməsi məsələsinə aydınlıq gətirib

Astanada ŞƏT sammitində dünya liderləri iştirak edəcəklər

Sertifikasiya imtahanında orta balı yüksək olan müəllimlərin olduğu rayon və şəhərlərin adları açıqlanıb - RƏSMİ

İngiltərə millisinin üzvü oyun zamanı komanda yoldaşını təhqir edib

Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında dövlət və hökumət başçıları mühüm rol oynayır

Nazir: İbtidai sinif müəllimlərinin 20 faizi sertifikasiya imtahanında 51 bal və daha yüksək nəticə göstərib

Aslan Kərimov: Gürcüstan millisinin bu cür oyunla qrupdan çıxmağı gözlənilməz oldu

Emin Əmrullayev: İbtidai sinif müəllimlərinin 86 faizi sertifikasiya imtahanında uğurlu nəticə göstərib

Danimarka “iqlim meteorizmi”nə vergi tətbiq edən ilk ölkə ola bilər