YEDDİ AŞIRIMLI KÖRPÜ TİKİLİR
Qəbələ rayonunun Məlikli kəndindən keçən Qaraçay üzərində 126 metr uzunluğunda yeddi aşırımlı körpü inşa edilir. Tikinti işlərini “Gəncə 2 nömrəli körpü-tikinti” Açıq Səhmdar Cəmiyyətinin kollektivi aparır. Körpü oktyabrın 15-dək rayon sakinlərinin istifadəsinə veriləcəkdir.