Yeni nəşrdə əlyazmaçılığın bədii tərtibatla bağlı sahələri araşdırılıb
Bakı, 30 aprel, AZƏRTAC
Əlyazmaşünas alim, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadənin “Əlyazmaların bədii tərtibat xüsusiyyətlərində dini-fəlsəfi aspektlər” kitabı çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə işıq üzü görüb.
Kitabın elmi redaktorları akademik Vasim Məmmədəliyev, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, rəyçiləri filologiya elmləri doktoru Kamandar Şərifov və fəlsəfə elmləri doktoru Sakit Hüseynovdur.
Nəşrdə İslam dünyasının fəlsəfi fikrini, ideologiyasını, estetik zövqünü və mədəniyyətini özündə əks etdirən əlyazmaçılığın bədii tərtibatla bağlı sahələri araşdırılıb. Əsər “İslam kalliqrafiyası”, “Təzhib sənəti”, “Əlyazmalarda miniatür rəsmlər”, “Cildçilik” və “Əbru” fəsillərini əhatə edir.
Əlyazmaların tarixşünaslıq, mənbəşünaslıq, sənətşünaslıq, həmçinin dinin tarixi və fəlsəfəsi müstəvisində tədqiq olunması Azərbaycan əlyazmaçılığının İslam tarixində və müsəlman fəlsəfi fikrinin formalaşmasındakı rolunu təsbit edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]