YENİ POÇT BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Balakən rayonunun Püştətala kəndində yeni poçt binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər prezident seçkiləri ərəfəsində rayonda xeyli sosial obyektin inşa edildiyini bildirmiş, bunu dövlət qayğısının təzahürü kimi qiymətləndirmişlər. Yeni poçt şöbəsində sakinlərə nümunəvi xidmət üçün hər cür şərait yaradılmışdır.