REGİONLAR
Yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilir
Bakı, 21 oktyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyində yaradılmış təlimçi qrupları tərəfindən həftə ərzində “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi ilə bağlı Bərdə, Ağdam, Füzuli, Masallı, Qobustan, Gədəbəy, Zaqatala, Samux və Yevlax rayonlarında 57 kənd üzrə 1656 nəfərə 69 təlim keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 16-dan oktyabrın 18-dək təlimçi qrupları tərəfindən keçirilmiş 359 təlimdə 8356 nəfər iştirak edib. Təlimlərə fermerlərlə yanaşı, icra və bələdiyyə nümayəndələri, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin regionlardakı tabeli qurumlarının əməkdaşları cəlb olunub.
Yeni subsidiya mexanizmi ilə bağlı fermerlərin məlumatlandırılması məqsədilə təşkil olunan təlimlər davam etdirilir.