YENİYETMƏ CÜDOÇULARIN YARIŞLARI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Zaqatala Olimpiya-İdman Kompleksində keçirilən cüdo üzrə yeniyetmələrin VI respublika oyunlarının final mərhələsi, Azərbaycan birinciliyi və güclülər turniri başa çatmışdır.
Yeniyetmələrin VI respublika oyunlarının cüdo üzrə final mərhələsində 43 komandanı təmsil edən 209 oğlan və qız mübarizə aparmışdır.
Yarışların nəticələrinə görə oğlanların yarışında Bayram Əliyev (46 kq), Kamran Bağırov (50 kq), Tofiq Osmanov (55 kq), Şəhriyar Seyfəlizadə (60 kq), Tarış Ağayev (66 kq), Şamil Şabanov (73 kq), Cümşüd Qasımlı (81 kq), Səbuhi Axundov (90 kq) və Andrey Fatiyev (90 kq-dan yuxarı) birinci olmuşlar.
Qızların mübarizəsində isə Təhminə Paşazadə (36 kq), Məryəm Tevruzova (40 kq), Elvira Butdayeva (44 kq), Aişə Qurbanlı (48 kq), Şəfəq Muradzadə (52 kq), Marianna Doluxanova (57 kq), Günel Quliyeva (63 kq), İlkanə Əliyeva (70 kq) və Şəms Əhmədova (70 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yeniyetmələr arasında cüdo üzrə respublika birinciliyində isə 40 komandanı təmsil edən 156 oğlan və qız iştirak etmişdir.
Oğlanların mübarizəsində Pərviz Şükürov (46), Arif Şahlarov (50 kq), Nazir Əlisultanov (55 kq), Rəşad Nəcəfquliyev (60 kq), Fərhad Qurbanov (66 kq), Ruslan Şalbuzov (73 kq), Orxan Rüstəmli (81 kq), Əşrəf Qədirov (90 kq), Cəfər Cəfərov (90 kq-dan yuxarı) qızların qarşılaşmasında isə Nargila Əliyeva (36 kq) və Nərmin Uburova (44 kq) ölkə çempionu adını qazanmışlar.
Yeniyetmələr arasında cüdo üzrə güclülər turnirində isə ölkəmizin müxtəlif bölgələrini təmsil edən 80 idmançı mübarizə aparmışdır. Oğlan və qızların mübarizəsində qaliblər məlum olmuşdur.
Qalib idmançılara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.