Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yüksəliş” qalibi: “Bir toplumun yüksəlişi onun fərdlərinin yüksəlişləri cəminə bərabərdir” – müsahibə

Bakı, 8 avqust, Aysel Azad, AZƏRTAC

Bu il ölkəmizdə üçüncü “Yüksəliş” müsabiqəsi baş tutdu. Müsabiqədə 13 min 474 iştirakçıdan 109 namizəd finala vəsiqə qazandı və onlardan 22 nəfəri qalib adını qazandı. Qaliblərin 12 nəfəri öncəki müsabiqələrin müxtəlif mərhələlərində iştirak edib. Həmin qaliblərdən Şamxal Cəmilzadə “Yüksəliş” müsabiqəsi ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.

Şamxal Cəmilzadə 1991-ci ildə anadan olub. Almaniyanın Klaustal Texniki Universitetində biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda inkişaf etməkdə olan ölkələrdə data və iqtisadiyyat ixtisası üzrə ikinci magistratura təhsili alıb. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışır. Həmçinin Azərbaycan Neft və Sənaye Universitetində müəllimdir. Onunla müsahibəni təqdim edirik.

-“Yüksəliş” müsabiqəsində qalibiyyətə gedən yol necə oldu?

- Birinci “Yüksəliş” müsabiqəsində ilk 300-lüyə düşməyi bacarsam da, finala vəsiqə qazana bilməmişdim. O dövrü xatırlayanda həyəcan və emosiyalı olduğumu anlayıram. Əsl lider, əsl idarəçi isə həyəcan və emosiyalarını nəzarət altında saxlamağı, idarə etməyi bacarmalıdır. Ruhdan düşüb təslim olmadım. İkinci “Yüksəliş”də qeydiyyatdan keçdim. Bu dəfə həyəcan və emosiyalara nəzarət etmək bacarıqlarını inkişaf etdirib gəlmişdim. Final mərhələsinə keçmək hüququ qazanan 100 iştirakçıdan biri olmağı bacardım, amma qaliblər siyahısına düşmək mümkün olmadı. Yenə təslim olmadım. Nəticə və davranışlarımı analiz etdim. Daha yaxşı idarəçi olmaq üçün nələri etməliyəm deyə düşündüm, müşahidə, araşdırmalar apardım. Öyrəndiklərimi işimdə tətbiq etməyə başladım. Öyrəndikcə tətbiq etdim, tətbiq etdikcə öyrəndim. Üçüncü dəfə daha inamlı, təcrübəli və təmkinli biri olaraq yenidən yarışmaya qatıldım. Bu dəfə məsələlərə daha fərqli prizmadan yanaşırdım. Oynamırdım. Sadəcə qarşıya qoyulmuş keysin komanda olaraq ən mükəmməl səviyyədə həll edilməsi üçün əlimdən gələn hər şeyi edirdim. Nəhayət, ballar açıqlandı. O hissləri təsəvvür etmək mümkün deyil. 13 min 474 nəfər arasından seçilən 22 qalibdən biri də mən idim. 0,16 faiz ilkin ehtimalı gerçəkləşdirməyi bacarmışdım. İlk baxışdan sadə riyazi hesablamanın qalibiyyət şansını bu qədər qiymətləndirdiyi, qarşılığında isə gün, aylarınızı investisiya etməyi tələb edən yarışmaya bir yox, iki yox, düz üç dəfə müraciət etdim. Əgər qalib olmasam, 4-cü və 5-ci dəfə də müraciətimi təkrarlayardım. Ancaq ehtiyac qalmadı, 3-cü cəhdimdə qalib olmağı bacardım. Çünki bu yarışma sadə riyaziyyata əsaslanan lotereya deyil. Burada qalib olmaq üçün dünyagörüşü, intellektual, analitik, sürətli düşünmə bacarığı, idarəçilik səriştələrinin hər birinə sahib olmaq məcburidir. Bütün bu kompetensiyaların mükəmməl səviyyədə olması sizi yalnız 14 min iştirakçı arasından seçilmiş 300-lüyə - yarımfinal mərhələsinə qədər gəlib çıxmanıza şərait yarada bilər. Qalib olmaq üçün isə mükəmməl idarəçinin sahib olması məcburi olan əlavə 8 kompetensiya üzrə bacarıqlarınızla digərlərindən seçilməyiniz lazımdır. Amma hər şey burada bitmir, əksinə, necə deyərlər, hər bir son yeni bir başlanğıcdır. Qarşıda hələ çox öyrəniləcək biliklər, qazanılmalı təcrübələr, inkişaf etdirilməli bacarıqlar, gediləcək yollar, fəth ediləcək zirvələr var.

- Hər üç “Yüksəliş” müsabiqəsində iştirak etmisiniz. Sizcə, müsabiqələr arasında hansı fərqlər var idi?

- İllər keçdikcə təşkilatçılıq baxımından nəzərəçarpacaq irəliləyişlər hiss olunur. Eləcə də cəmiyyətdə həm yarışma haqqında məlumatlılıq, həm də inam və maraq hər müsabiqədə artır. İştirakçılar isə yarışma formatı haqqında daha məlumatlı olsalar da, qiymətləndirmə alqoritmini hələ tam anlaya bilməyiblər. Fikrimcə, bu, yarışma təşkilatçılarının professionallıqlarının bir başqa göstəricisidir.

- Müsabiqə müddətində daha çox hansı mərhələni bəyəndiniz?

-Ümumiyyətlə, mən hələ məktəb zamanlarından fərqli formatda olan intellektual, bilik və biznes keys tipli yarışmalarda müntəzəm iştirak edərək nailiyyətlər qazanmışam. Lakin “Yüksəliş” sanki onların hər birinin cəmlənmiş, əlavə olaraq da bir sıra digər nüansların, kompetensiyaların əlavə olunduğu unikal bir yarışmadır. Hər bir mərhələ sanki bir ələk rolunu oynayır - mükəmməl bir idarəçinin axtarılmasında istifadə olunan bir sınaq. Ona görə hər bir mərhələnin öz həyəcanı və necə deyərlər, gözəlliyi olur. Lakin final həyəcanı təbii ki, bir başqadır. Əlavə olaraq, idarəçi mentorlarla bir masada müzakirələr aparmaq, hər biri minlərlə iştirakçı arasından seçilmiş digər yarışmaçılarla mübarizə aparmaq, bütün bu nüanslar finalı bir başqa unudulmaz edir.

- Qalib olmağınız hədəflərinizdə, planlarınızda nələrisə dəyişdimi?

-“Yüksəliş” müsabiqəsi üç ildir ki, tətil planlarımda dəyişikliklər etməmə səbəb olub (gülür).

Hədəflərə gəlincə, düşünürəm ki, bu, hələ uşaqlıqda insanın xarakteri ilə birlikdə formalaşır. Fikrimcə, “Yüksəliş” müsabiqəsində qazandığım təcrübə və əlaqələr hədəflərimə gedən yolda pozitiv dəyişikliklərə səbəb olacaqdır.

- Müsabiqəyə qatılmaq istəyənlərə hansı tövsiyəniz var?

-“Yüksəliş” müsabiqəsi elə bir formatdadır ki, buna spesifik hazırlaşmaq effektiv deyil. İştirakçı özünü hərtərəfli inkişaf etdirməlidir. Mərhələlərin hansısa birində kəsilsəniz, bu o deməkdir ki, dövlətimiz, millətimizin ehtiyacı olan idarəçilərin sahib olması zəruri olan həmin bilik, bacarıqlara kifayət qədər yiyələnməmisiniz. Çalışın xüsusilə o sahədə özünüzü inkişaf etdirin. Yarımfinal və final mərhələsinə çatdıqda isə sadəcə qarşıya qoyulmuş keysin komanda olaraq ən mükəmməl səviyyədə həlli üçün əlinizdən gələni etməyə çalışın. Ən əsası, məqsədə ilk dəfəsindən nail olmasanız belə təslim olmayın. Təkrar-təkrar, amma hər dəfə əvvəlkindən daha güclü, daha təmkinli, daha qərarlı olaraq geri dönün.

Bir toplumun yüksəlişi onun fərdlərinin yüksəlişləri cəminə bərabərdir. Vətənimiz, millətimizin yüksəlişi bizimlə davam edəcək. Üçüncü “Yüksəliş” müsabiqəsinin simvollarından birinə çevrilən keyslərin birində hazırladığımız kağız gəmi üzərinə "Şuşa" yazısını mən yazmışdım. Düşüncəmiz, amalımız daim ailə, vətən, millətimiz, dünyəvi ədalət olsun mesajını vermək istəmişdim. Atdığımız hər bir addım, hər bir nailiyyətimiz ailəmiz, vətənimiz, millətimizə xeyirli-uğurlu olsun. Dövlətimiz, millətimizin yüksəlişi bizimlə davam edəcək. Bu yüksəlişdə öz payı olan “Yüksəliş” müsabiqəsinə, hər bir qurum, şirkət və fərdə öz təşəkkürümü bildirirəm.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır